Yolka Formalı Meyvə Salatı

Yields: 1 Serving

Yeni il böyüklərin və uşaqların gözlədiyi bir bayramdır. Şam ağacı formasında bir meyvə salatı hazırlayıb bayram menyusuna daxil edə bilərsiniz. Bu salat həm süfrənizi bəzəyəcək, həm də uşaqlarınızı sevindirəcək. Evdar.az yolka formalı meyvə salatının reseptini təqdim edir.

Yolka Formalı Meyvə Salatının tərkibi:

  • 350 qr banan
  • 200 qar naringi (mandarin)
  • 350 qr kivi
  • 170 qr yoqurt
  • 10 qr təbii bal
  • 10 qr küncüt
  • Bəzəmək üçün nanə yarpağı

Yolka Formalı Meyvə Salatının hazırlanma qaydası:

Bananın qabığını soyub dilimləyin. Bananın bir dilimini kənara ayırın. Naringinin qabığını soyub dilimlərə ayırın. Bir qabda yoqurt və balı qarışdırın. Orta ölçülü boşqaba banan və naringi dilimlərini sırayla üst-üstə düzərək piramida formasını verin.Yoqurt qarışığını piramida forması verdiyiniz meyvələrin hər tərəfinə yaxın. Kivinin qabığını soyub nazik halqalar şəklində dilimləyin. Hazırladığınız yolkanın üstündən kiviləri düzün. Kənara ayırdığınız banan dilimini ulduz formasında kəsin. Küncütə bulayıb diş çöpünə batırın. Yolkanın ən üst hissəsinə ulduzu yerləşdirin.Yolka ağacına küncüt səpib nanə yarpaqlarıyla bəzəyin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir