Yüngül, Faydalı Və Dietik Koul Slou Salatı

Yields: 1 Serving

Koul Slou (Cole Slow), ənənəvi bir Amerikan kələm salatıdır. Bir çox insan bu salatı KFC kimi müxtəlif fast food restoranlar şəbəkəsinin menyusundan tanıyır.” Cole Slow” doğranmış kələm kimi tərcümə olunur. Koul slou salatı yüngül, faydalı və dietikdir. Bu salatın tərkibində A, B, C vitaminləri, həmçinin sodium, kalium, kalsium, maqnezium və dəmir vardır. Onunçün sağlam bir pəhrizə daxil edilməsi tövsiyə olunur. Evdar.az dadlı və faydalı Cole Slow salatının reseptini təqdim edir.

Tərkibi:

  • 300 qr qırmızı kələm
  • 300 qr ağ kələm
  • 2 ədəd yerkökü
  • 1 dəstə cəfəri
  • 1 banka konservləşdirilmiş qarğıdalı dənələri

Sousu üçün:

  • 200 qr xama
  • 1 xörək qaşığı xardal
  • 3 çay qaşığı şəkər tozu
  • 1 xörək qaşığı sirkə
  • duz, istiot

Hazırlanma qaydası :

Salatı hazırlamaq üçün kələmləri nazik doğrayın. Yerkökünü qabığını təmizləyib sürtgəcin iri gözündən keçirin. Cəfərini xırda doğrayın. Bir qabda doğranmış kələmləri, yerkökünü,cəfərini və konservləşdirilmiş qarğıdalı dənələrini töküb qarışdırın.
Sousu hazırlamaq üçün kiçik bir qabda sirkə, duz, istiot və şəkər tozunu töküb şəkər əriyənə qədər qarışdırın. Xardal və xamanı da əlavə edib yaxşıca qarışdırın. Hazırladığınız sousu salata əlavə edin və  qarışdırıb süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.