Pizza reseptlərinin həmişə yüksək kalorili olduğunu düşünürsünüzsə, son illərdə asanlıqla tapılan qlütensiz un ilə qlütensiz pizza hazırlaya bilərsiniz. Üstəlik, bu resept yüngüldür və qlütenə qarşı dözümsüzlüyü olanlar üçün uyğundur. Evdar.az qlütensiz pizzanın reseptini təqdim edir.
Yüngül Pizza İstəyənlər üçün Qlütensiz Pizzanın tərkibi:
Xəmiri üçün:
- 2,5 stəkan ilıq su
- 4,5 stəkan glutensiz un
- 1 çay qaşığı quru maya
- 1 çay qaşığı şəkər tozu
- 1 xörək qaşığı duz
- 3 xörək qaşığı zeytun yağı
Sousu üçün:
- yarım stəkan süzmə zeytun yağı
- 1 çay qaşığı tomat pastası
- 1 ədəd pomidor
- 1 diş sarımsaq
- 1 çay qaşığı kəklikotu
- 2 ədəd mozzarella pendiri
- 10 yarpaq təzə ağ reyhan
Yüngül Pizza İstəyənlər üçün Qlütensiz Pizzanın hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün ilıq suya maya və şəkər tozu əlavə edib qarışdırın, 5 dəqiqəlik kənarda gözlədin. Unu dərin bir qaba ələyin, içərisinə maya qarışığını əlavə edib mikserin xəmir yoğurma hissəsiylə aşağı sürətlə yoğurun. Xəmirə zeytun yağı və duz əlavə edib yoğurmağa davam edin. Xəmiri 4 hissəyə bölün və streç salafana büküb 6-8 saatlıq soyuducuya yerləşdirin.
Sousunu hazırlamaq üçün kiçik bir qazanda 2 xörək qaşığı zeytun yağını qızdırın. Üzərinə tomat pastası əlavə edib orta istilikdə 2 dəqiqə qovurun. Sarımsaqəzəndən keçirilmiş sarımsağı əlavə edib qarışdırın. Sürtgəcdən keçirilmiş pomidor və kəklikotu da əlavə edib 10 dəqiqə zəif odda qovurun. Qatılaşdıqda ocağı söndürüb otaq temperaturunda soyudun. Açdığınız pizza xəmirinin kənarlarını zeytun yağı ilə yağlayın və əvvəlcədən 250 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin. Xəmiri sobadan götürüb üzərinə tomat sousunu yaxın və nazik dilimlənmiş pendir düzüb rəngi dəyişənə və pendir əriyənə qədər 5 dəqiqə bişirin. Bişən pizzanın üzərinə zeytun yağı səpib təzə reyhan ilə bəzəyib süfrəyə verin.
Nuş Olsun!