Zərif Dulse De Leçe Çizkeyki

Yields: 1 Serving

Dulse de Leçe çizkeyki (Dulce de Leche cheesecake) yalnız zərif, vanilli çizkeyk deyil. Qaynadılmış qatılaşdırılmış südün və karamelin zərif dadı ilə sizi ovsunlayacaq bir desertdir. Evdar.az bu dadlı çizkeykin reseptini təqdim edir.

Tərkibi:

  • 5 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 500 qr süzmə qatıq
  • 1 paket labne pendiri
  • 1 paket qaymaq
  • 2 xörək qaşığı qarğıdalı nişastası
  • 1 paket vanil
  • 200 qr dulse de leçe süd karameli

Hazırlanma qaydası:

Bir qabda yumurta, şəkər tozu, labne pendiri, süzmə qatıq, qaymaq, vanil və qarşığadlı nişastasını mikserlə yaxşıca çırpın. Dairəvi soba sinisinə töküb əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Çizkeykdə çatlar əmələ gəlməsin deyə sobanın qapağını heç açmayın. Mümkündürsə bir gecə əvvəl bişirib sobada saxlayın, səhərə qədər soyusun. Ertəsi gün soyuducuya yerləşdirin. Süfrəyə verməzdən əvvəl üzərinə süd karamelini yaxın. Dilimləyib nuş edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.