Zərif Sitrus Dadı ilə Naringili Ekler Pirojnası

Zerif Sitrus Dadı ile Naringili Ekler Pirojnası1
Yields: 1 Serving

Ekler sadə, tez hazırlanan və çox dadlı qənnadı məmulatıdır. Zərif sitrus dadı ilə birləşən xırçıldayan bişmiş (zavarnoy) xəmir heyrətamiz əhval-ruhiyyə yaradacaq. Evdar.az naringili ekler pirojnasının reseptini təqdim edir.

Zərif Sitrus Dadı ilə Naringili Ekler Pirojnasının tərkibi:

Bişmiş xəmir üçün:

  • 100 ml su
  • 100 ml süd
  • 80 qr kərə yağı
  • 160 qr un
  • 300 qr yumurta
  • 3 qr duz
  • 5 qr şəkər tozu

Bişmiş krem üçün:

  • 2 ədəd yumurta sarısı
  • 100 qr şəkər touz
  • 350 ml süd
  • 30 qr qarğıdalı nişastası
  • 70 qr kərə yağı
  • zövqə görə vanil

Konfitür üçün:

  • 50 ml naringi və ya portağal şirəsi
  • 200 qr naringi püresi
  • 70 qr şəkər tozu
  • 3 qr jelatin
  • 18 qr su

Qanaş üçün:

  • 33-35%-lik qaymaq
  • 300 ml tünd şokolad

Zərif Sitrus Dadı ilə Naringili Ekler Pirojnasının hazırlanma qaydası:

Bişmiş xəmiri hazırlamaq üçün qazana su və süd töküb ocağa qoyun. Üzərinə kub formasında doğranmış kərə yağı, şəkər tozu və duz əlavə edib qarışdaraq qaynadın. Qaynamağa başladıqda ocaqdan götürüb ələnmiş un əlavə edib dayanmadan qarışdırın. Yenidən ocağa qoyub artıq nəmi buxarlanana qədər qarışdıraraq xəmiri 1-2 dəqiqə bişirin. Ocağı orta və aşağı dərəcəyə endirin və xəmir asanlıqla divarlardan çəkilib birləşdikdə ocaqdan götürün. Soyuması üçün başqa bir köçürün. Xəmiri 50-55 dərəcəyə qədər soyudun (toxunduqda isti olana qədər). Daha sonra yumurtaları başqa bir qabda yüngülcə qarışdırın və az-az xəmirə əlavə edib hər dəfəsində yaxşıca qarışdırın. Sobanı əvvəlcədən 160 dərəcə qızdırın. Açıq ulduz başlığı olan bir xəmir torbasından istifadə edərək xəmiri konditer torbasına doldurun. Konditer torbasını sıxaraq xəmiri yağlı kağız sərilmiş soba sinisinə bir-birindən aralı bir məsafədə boru şəklində çəkin. Üzərinə şəkər tozu səpin və 15 dəqiqə kənarda saxlayın. Daha sonra qızılı rəng olana qədər əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.

Bişmiş kremi hazırlamaq üçün yumurta sarısını nişasta ilə qarışdırın. Üzərinə isti südü və vanili əlavə edib qarışdırın və qatılaşana qədər ocaqda bişirin. Qatılaşan kremi ocaqdan götürüb üzərinə streç salafan örtüb tamamilə soyudun. Daha sonra üzərinə otaq temperaturundan yumşaldılmış kərə yağını əlavə edib yaxşıca çırpın. Hazır kremi konditer torbasına töküb 20 dəqiqə soyuducuda saxlayın.

Konfitürü hazırlamaq üçün jelatini və suyu qarışdırıb şişənə qədər kənarda saxlayın. Naringi püresi, şəkər tozu və naringi suyunu bir qazanda zəif ocaqda şəkər tozu tamamilə həll olunana qədər bişirin. Ocaqdan götürüb isti halda üzərinə şimşi jelatini əlavə edib qarışdırın. Konfitürü düzbucaqdlı formaya töküb yayın və soyuducuya yerləşdirin. Hazır jeleni lazım olan ölçüdə zolaqlar şəklində kəsin.

Qanaşı hazırlamaq üçün şokoladı su hamamında və ya mikrodalğalı sobada qısa müddət ərzində əridin, otaq temperaturuna qədər soyudun. Sonra soyuq qaymağı mikserlə yaxşıca çırpın. Üzərinə soyuyan şokoladı əlavə edib çırpmağa davam edin. Hazır qanaşı soyuducuya yerləşdirin.

Eklerlərin üst hissələrini dişli bıçaqdan istifadə edərək ehtiyyatla kəsin.  Soyuducuya yerləşdirdiyiniz kremlə ekleri doldurun və üzərinə bir zolaq naringi konfitürü yerləşdirib yenidən bir az kremlə doldurun digər hissəsiylə örtün. Sevdiyiniz ucluqlu(açıq ulduz və ya başqa) konditer torbasından istifadə edərək şokoladlı qanaşı çəkin. Bu qaydayla eklerləri hazırlayıb soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir