Zeytunlu Kartof Salatı

Yields: 1 Serving

Bişmiş kartofdan dadlı və sadə salat. Evdar.az zeytunlu kartof salatının reseptini təqdim edir.

Tərkibi:

  • 4 ədəd kartof
  • 300 qr zeytun (qırmızı bibərlə doldurulmuş )
  • 1 ədəd qırmızı soğan
  • 1/2 budaq cəfəri
  • 1 xörək qaşığı limon suyu
  • 3 xörək qaşığı zeytun yağı
  • zövqə görə duz, istiot

Hazırlanma qaydası:

Kartofu qabıqlı yuyub folqa kağızına bükün və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Bişən kartofları soyudun. Kartofu istəsəniz sobada yox,qabıqlı halda suda bişirə bilərsiniz. Bişib soyuyan kartofları qabığını soyun və iç hissəsini çəngəllə əzin. Bir qabda əzilmiş kartof, xırda doğranmış soğan və cəfərini töküb qarışdırın. Üzərinə duz, istiot, zeytun yağı və limon suyu əlavə edib yaxşıca qarışdırın. Qırmızı bibərlə doldurulmuş zeytunları kiçik halqalar formasında doğrayın. Hazır salatı servis edəcəyiniz boşqaba dağ formasında düzün və üzərini zeytun dilimləriylə bəzəyin. Əgər vaxtınız yoxdursa zeytunları salata qarışdıra bilərsiniz. Dadlı zeytun salatını 1 saatlıq soyuducuya yerləşdirin.

Nuş Olsun!

1 Şərhi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir