Zümrüd Rəngli Ləzzət Kivi Mürəbbəsi

Yields: 1 Serving

Kivi müxtəlif vitamin və mikroelementlərlə olduqca zəngindir. Mütəxəssislərin fikirlərinə görə, məhz kivi C vitaminin miqdarına görə bütün sitrus meyvələri arasında birinci yer tutur. Bundan əlavə kividə B2, B3, B9 (fol turşusu), B6, A, E, PP vitaminləri, maqnezium, kalium, dəmir, fosfor, yod, mis, sink və s. mikroelementlər var.
Kivi insanın immun sitemini möhkəmləndirir, orqanizmin müdafiə və bərpa funksiyalarını gücləndirir, orqanizmin stressə qarşı davamiyyətini yüksəldir. Həkimlərin fikirlərinə görə, kivi onkoloji xəstəliklərinin profilaktikasında böyük rol oynayır. Evdar.az faydalı kividən hazırlanan mürəbbənin reseptini təqdim edir.

Tərkibi:

  • 9-10 ədəd kivi
  • 4-5 stəkan şəkər tozu
  • 1 stəkan su
  • bir neçə damçı limon suyu

Hazırlanma qaydası:

Kiviləri yuyun, qabıqlarını soyub yarım ay şəklində doğrayın. Doğranan kiviləri qazana qoyun. Üzərinə şəkər tozu və suyu əlavə edib zəif odda arabir qarışdıraraq bişirin. Qatılaşmağa başladıqda limon suyu sıxın. Təxminən 5-10 dəqiqə daha qaynadıb ocağı sondurun. Kivi mürəbbəsi hazırdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.