Zümrüd Rəngli Ləziz Yaşıl Noxud Şorbası

Yields: 1 Serving

Nanə ilə qaymaqlı yaşıl noxud şorbası gözəl zümrüd rəngi və təzə nanə dadı ilə çox zərif, dadlıdır. Şorba üçün yaşıl noxud həm təzə, həm də dondurulmuş qəbul edilə bilər, dadı heç dəyişmir. Evdar.az asan hazırlanan qaymaqlı, nanəli yaşıl noxud şorbasının reseptini təqdim edir.

Zümrüd Rəngli Ləziz Yaşıl Noxud Şorbasının tərkibi:

  • 2 stəkan təzə yaşıl noxud
  • 200 qr 20% yağlılığı qaymaq
  • 2 budaq nanə
  • 300 qr kartof
  • 50 qr kərə yağı
  • 1 ədəd baş soğan
  • 1,5 litr su (zövqə görə suyun əvəzinə toyuq bulyonu və ya tərəvəz suyu)
  • duz zövqə görə

Zümrüd Rəngli Ləziz Yaşıl Noxud Şorbasının hazırlanma qaydası:

İlk öncə soğan və kartofubn qabığını soyub kiçik kub formasında doğrayın. Qazanda kərə yağını əridin və soğanı yağda qızılı rəng alana qədər qızardın. Yaşıl noxuddan üzərini bəzəmək bir az ayırıb kənara qoyun. Qovrulmuş soğana su, kartof və yaşıl noxud əlavə edib 10 dəqiqə bişirin. Şorbanı ocaqdan götürüb bir neçə dəqiqə soyudun və əl blenderiylə yaxşıca əzin. Zövqə görə duz və qaymağı şorbaya əlavə edib qarışdırın. Qazanı yenidən ocağa qoyub 3 dəqiqə qızdırın, ancaq qaynatmayın! Şorbanı süfrəyə verdikdə üzərinə nanə yarpaqları, kənara ayırdığınız yaşıl noxud və 1 qaşıq qaymaq əlavə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir