Zümrüd Yağışı Salatı

Yields: 1 Serving

Bayram və ad günü süfrələrini bəzəyəcək salatlardan biri də “Zümrüd yağışı” salatıdır. Bu salat dadlı olmaqla yanaşı üzərindəki kivi dilimləri zümrüdlərə bənzəyir. Evdar.az dadlı və asan hazırlanan Zümrüd yağışı salatının reseptini təqdim edir.

Tərkibi:

  • 400 qr toyuq filesi
  • 1 ədəd soğan
  • 100 qr pendir
  • 2 ədəd pomidor
  • 4 ədəd yumurta
  • 3 ədəd kivi
  • 300 qr mayonez
  • duz,istiot zövqə görə

Hazırlanma qaydası:

İlk öncə toyuq filesini az duzlu suda bişirin. Bişən fileni soyudun və xırda doğrayın. Yumurtanı da suda bişirib, qabığını soyub soyudun və rəndələyin. Soğanı da xırda doğrayın. Pendiri rəndənin iri gözündən keçirin. Pomidorları kiçik kub formasında doğrayın. Kivinin qabığını soyub doğrayın. Salatı düzəcəyiniz boşqaba ilk öncə toyuq filesi, soğanın bir hissəsini düzüb, duz, istiot səpib mayonez yaxın. Daha sonra rəndələnmiş pendir, xırda doğranmış pomidor, soğan düzün və mayonez yaxın. Rəndələnmiş yumurtanı da düzüb mayonez yaxın. Üzərinə doğranmış kivini düzün. Salat hazırdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.