Faydalı Faydalı Məsləhətlər

Soyuducuda Xəmir Necə Mayalanır?

”Sabahısı gün qonağım gəlir, xəmiri axşamdan yoğursam acıyarmı?” kimi sualları ağılınızdan çox keçirdiyinizi bilirik. Yalnız qonaqların gəlməsi üçün də deyil, səhər isti-isti bişirmək istədiyimizdə mayalı bir xəmir olsun istəyirik. Ancaq xəmirin soyuducuda tam istənilən şəkildə mayalanıb mayalanmayacağı maraq mövzüsudur. Evdar.az evdar xanımlara otaq temperaturu olmadan xəmirin mayalanmağının izahını təqdim edir.

Xəmirin Soyuducuda Mayalanma Prosesi

Klassik mayalı bir xəmir hazırlayarkən bildiyimiz ən rahat üsul otaq istiliyində mayalandırmaqdır. Ancaq sabahısı gün qonaqlarınıza isti halda bişirib vermək və ya əlinizin altında bir mayalı xəmir olmasını istədiyinizdə bu xəmir demək olar ki, həyatınızı qurtaracaq. Üstəlik 3 günə qədər təzə olaraq qala bilir.

Klassik bir mayalı xəmir hazırlayaraq işə başlayın. Bir qabda isti su, ilıq süd, maya və şəkər tozunu qarışdırın. Daha sonra reseptə görə içərisinə əridilmiş və ya soyuq kərə yağı, maye yağ əlavə edərək yaxşıca qarışdırın. Ardından duz və unu əlavə edərək ələ yapışmayan bir xəmir yoğurun.

Yoğurduğunuz xəmiri streç salafana büküb soyuducunun orta rəfinə yerləşdirin. 6 saat içərisində öz-özünə mayalanıb qabarmağa başlayacaq. Xəmiri 1 saat əvvəl soyuducudan çıxarıb otaq temperaturunda gözlədin, daha sonra forma verərək bişirə bilərsiniz. Soyuducudan çıxan xəmir bir az sərt olacağı üçün mütləq formalaşdırmadan əvvəl soyuducudan çıxarmağınız məsləhətdir. Daha sonra klassik bişirmə üsuluyla bişirə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.