Faydalı Faydalı Məsləhətlər

Süfrə Etiketi: Çəngəl-Bıçaq Düzümü Necə Olmalıdır?

Qonağınız gələcək deyə dadlı yeməklər və desertlər hazırlamısınız. Bəzən süfrəyə gəldikdə, çəngəl-bıçaqların düzülüşü ilə bağlı səhvlərə yol veririk. Bir çoxumuz masa tərtibatında; çəngəl-bıçaq boşqabın hansı tərəfinə qoyulmalıdır?, hansı sağda, hansı solda olmalıdır?, qaşıq və çəngəl yan-yana, yoxsa bıçaq? bu kimi suallarla mübarizə aparırıq. Evdar.az bütün bu sualların cavabını təqdim edir.

Masanın bəzənməsində çəngəl-bıçağın düzgün düzülüşü necə olmalıdır?

Süfrənin tərtibatını hazırlayarkən süfrəyə verdiyimiz servis boşqabını düzgün yerləşdirib çəngəl-bıçağı da süfrəyə uyğun düzürük. Süfrəyə görə istifadə edəcəyimiz qaşıq, çəngəl və bıçaq düzümünə nəzər salaq.

Salfet

  • Salfet servis boşqabının solunda olmalıdır.

Yemək çəngəli, yemək bıçağı və yemək qaşığı

  • Yemək çəngəli servis boşqabının solunda
  • Yemək bıçağı sağında
  • Yemək qaşığı bıçağın sağ tərəfində yerləşir.

Menyuda balıq varsa; balıq bıçağı və balıq çəngəl sırası

  • Balıq bıçağı yemək bıçağının yanında sağ tərəfdə
  • Balıq çəngəli sol tərəfdə yemək çəngəlinin yanına yerləşdirilməlidir.

Qəlyanaltı çəngəli və qəlyanaltı qaşığının düzümü

  • Qəlyənaltı çəngəli digər çəngəllərdən sonra solda
  • Qəlyanaltı qaşığı servis boşqabının qabaq hissəsinə qoyulur.

Tort çəngəli və tort bıçağı stolun üstündə harada olmalıdır?

  • Tort çəngəlinin sapı ilə sola, boşqabın qarşısında
  • Tort bıçağının iti tərəfi boşqaba baxır və sapı çəngəlin yanında sağ tərəfə qoyulur.

Süfrədə su, araq və şərab qədəhlərinin sırası

  • Boşqabın solunda su stəkanı
  • Su stəkanının yanında araq üçün qədəh
  • Şərab badəsi su stəkanının sağına yerləşdirilir.

Duz və istiot qabı servis boşqablarının arasına qoyulur. Yemək üçün istifadə ediləcək sirkə, yağ və aromatik dadlandırıcılar kimi mayelər masanın ortasına qoyulmalıdır. Salat boşqabı servis boşqabının solunda olmalıdır.

Çörək və meyvə qabı masanın orta hissəsinə qoyulmalıdır.

Menyuya daxil ediləcək xörəklərin müxtəlifliyindən və çoxluğundan asılı olaraq zərurət yarandıqda stolun üzərinə əlavə boşqablar qoyulmalıdır.

Romantik və xoş bir atmosfer yaratsa da, ətirli şamlardan istifadə etmək süfrədəki yeməyin iyini boğacaq. Bu səbəbdən şam qoyacaqsanızsa, onların qoxusuz olmasına diqqət edin və şamların sayını maksimum 2 ilə məhdudlaşdırın.

Süfrənin ortasına qoyacağınız gözəl gül buketi ilə də süfrənizi rəngləndirə bilərsiniz.

Boşqab düzümü necə olmalıdır?

Boşqabların düzülüşü qaşıq-çəngəl-bıçağın düzülüşü qədər vacibdir. Bir-birinin üstünə çoxlu boşqab qoymaq yemək yeməyi çətinləşdirə bilər. Bir neçə detala sadiq qalaraq hər kəsi sevindirən masalar təşkil etmək mümkündür. Servis boşqabı aşağıya qoyulmalıdır. Süfrəyə veriləcək boşqab masanın başlanğıc nöqtəsindən 1-2 sm aralıda yerləşdirilməlidir.

Boşqab və stul birlikdə yerləşdirilməlidir; boşqabın mərkəzi xətti stulun mərkəzinə gəlməlidir. Əsas yemək boşqabı süfrəyə qoyulmalıdır. İsti başlanğıc və şorba qabı əsas yemək boşqabına üst-üstə qoyulmalıdır. Salat boşqabını bıçaq düzüldükdən sonra daha rahat qoymaq olar. Bəzi yeməklərin yemək üçün uyğun olmayan hissələri var. Menyunuzda belə bir yemək varsa, mütləq sümük qabı əlavə etməlisiniz. Salat boşqabının sol tərəfinə qoyulan sümük boşqabına tum, sümük, balıq sümüyü kimi zibillər atmaq olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir