Faydalı Faydalı Məsləhətlər

Təbii Vasitərlə Taxta Qaşıqları Təmizləməyin Yolları

Mətbəxlərin ən böyük köməkçisi şübhəsiz ki taxta qaşıqlardır. Əsrlərdən bəri yemək bişirmədə istifadə edilən bu əməkdar mətbəx əşyalarının təmizliyi də ayrı bir diqqət tələb edir. Taxta qaşıqları təmizlədikdə yuyucu vasitələrdən mümkün olduğu qədər uzaq durmaq lazımdır. Mətbəxdəki taxta qaşıqlar bakteriya yuvası ola bilər. Evdar.az evdəki təbii vasitələrlə taxta qaşıqları təmizləməyin yollarını təqdim edir.

Hər nə qədər metal və silikondan hazırlanmş mətbəx əşyaları yayılmış olsa da ənənəvi taxta qaşıqların yerini əsla tuta bilmir. Təbii bir məhsul olan taxta qaşıqların yuyucu vasitələrlə və qabyuyan maşınında təmizlənməsi olduqca təhlükəlidir. Evinizdə olan sirkə, soda və zeytun yağı kimi təbii maddələrdən istifadə edərək taxta qaşıqlarınızı heç bir kimyəvi təsirə məruz qalmadan çirklərindən təmizləyə bilərsiniz. Beləcə həm təmiz, həm də ilk günkü kimi parlayan taxta qaşıqlar əldə edə bilərsiniz. Yuyucu tozlara pul ödəmək əvəzinə evinizdəki vəsaitlərlə büdcəyə uyğun həll yolu çıxara bilərsiniz.

Sirkə və sodayla təmizləyin..

Ənənəvi təmizlik vasitələrdən biri olan sirkə taxta qaşıqların çirklərdən təmizlənilməsində də olduqca təsirlidir. Sirkəyə əlavə olunan soda sayəsində daha güclü bir təmizləyici əldə edə bilərsiniz. Bunun üçün 2 xörək qaşığı sirkə ilə 1 paket soda lazım olacaq. Dərin bir qazan taxta qaşıqları yerləşdirin. qarışdırın. Qazanın içərisinə sirkə ilə sodanı tökün. Taxta qaşıqların üzərini örtəcək qədər su ilə qazanı doldurun və yüksək ocaqda qaynamağa qoyun.15 dəqiqə qaynatdıqdan sonra taxta qaşıqların çirkini qazandakı suyun səthinə çıxdığını görə bilərsiniz. Daha sonra taxta qaşıqları qazandan çıxarıb təmiz suyla durulayın. Bu prosesi ayda bir dəfə tətbiq edə bilərsiniz.

Zeytun yağıyla təmizləyin..

Zeytun yağı təmizlikdə də mətbəxinizin əhəmiyyətli bir köməkçisidir. Bu yağ sayəsində həm gigiyenik, həm də parlaq görünüşlü taxta qaşıqlara sahib ola bilərsiniz. İlk öncə sobanı 180 dərəcə qızdırın. Soba istilənərkən taxta qaşıqları zeytun yağı ilə silin. Daha sonra taxta qaşıqları isti sobada 3 dəqiqə gözlədin. Sobadan çıxararaq təmiz suyla durulayın.

Arı mumu və hind qozu yağı ilə təmizləyin..

Arı mumu və hind qozu yağından bir qarışıq hazırlayaraq taxta qaşıqlarınız ilk günkü kimi parlaq və yeni görünəcək. Hər iki yağlı maddə qaşıqların səthindəki çirkləri çıxarır və yemək qoxularını aradan qaldırır. Bunun üçün bir tavaya arı mumu və hind qozu yağını əlavə edib su hamamında əridin. İstəsəniz içərisinə bir neçə damcı limon suyu da əlavə edə bilərsiniz. Əldə etdiyiniz qarışığı bir bez parçasıyla taxta qaşıqların üzərinə sürtün.10 dəqiqə gözlədikdən sonra təmiz suyla taxta qaşıqları durulanın. Bu prosesi ayda bir dəfə tətbiq edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir