Ağdam Mətbəxinin Dadlı Təamı – Lobyalı Plov

Yields: 1 Serving

Ağdam mətbəxi Qarabağın özünəməxsus təamları arasında xüsusi yer tutur. Bu dadlı təəmlardan biri də dadı damağınızda qalan maş lobyalı plovdur. Evdar.az lobyalı plovun reseptini təqdim edir.

Lobyalı plovun tərkibi:

  • 100 qr kərə yağı
  • 500 qr düyü
  • 150 qr maş lobya
  • 1 ədəd yumurta
  • 30 qr duz

Lobyalı plovun hazırlanma qaydası:

Lobyanı gecədən isladıb bişirin. Və ya bir gecə islatmadan bişirməyin qaydasını buradan oxuyun. Düyünü duz tökülmüş suda bişirib süzün. Düyünü süzənə yaxın bişmiş lobyanı düyünün üzərinə əlavə edin. 2-3 dəqiqə sonra lobyalı düyünü süzün. Plovu dəmə qoyacağınız qazanın dibinə kərə yağı əlavə edib qızdırın. Qazmaq üçün bir qabda yumurtanı çırpın. Üzərinə süzülmüş düyüdən 1-2 qaşıq əlavə edib qarışdırın. Yağlı qazanın dibinə hazırladığınız yumurtalı düyünü yayın.  ⁣⁣Dəmə qoyulan zaman düyünün üzərinə zövqə görə ərinmiş kərə yağı tökün. Bişən plovu süfrəyə şəkər tozu və ya doşabla (bəkməzlə) verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir