Mövsümündə Badımcanı Qiymətləndirmək İstəyənlər Üçün 10 Dadlı Badımcan Yeməkləri

Yields: 1 Serving
Badımcan kalium və lif mənbəyidir. Tərkibində A və C vitaminləri kimi antioksidantlar var. Badımcan aşağı kalorili olması ilə pəhriz siyahılarının əvəzolunmazıdır. 
Azərbaycan mətbəx mədəniyyətində badımcanın mühüm yeri var. Badımcan ləvəngi və dolmadan tutmuş qızartma və salatlara qədər bir çox yeməklərdə istifadə olunur. Badımcan, tərəvəz və ət yeməklərində tez-tez istifadə olunur. “Badımcanla nə bişirmək olar?” deyənlər üçün ən dadlı reseptlərimizi bir araya gətirdik.
Evdar.az badımcandan hazırlaya biləcəyiniz 10 resepti təqdim edir.

Közlənmiş Badımcan Şorbası

 

Közlənmiş badımcandan ağız sulandıran dadlı şorba. Resepti üçün klikləyin..

Badımcanlı Toyuq Yeməyi

 

Bu resept dadlı və doyurucu yeməkləri sevənlər üçün idealdır. Resepti üçün klikləyin..

Xırtıldayan Badımcanlı, Qiyməli Yemək

 

Qiymə, badımcan və soğanın mükəmməl harmoniyası ilə hazırlanan xırtıldayan badımcan yeməyi hazırlayın. Resepti üçün klikləyin..

Tərifəlayiq Ləzzətli Badımcan Yeməyi

 

İndiyə kimi yediyiniz badımcan yeməklərini unutduracaq dad. Resepti üçün klikləyin..

Yağı Az, Ləzzəti Bol Badımcan Qəlyanaltısı

 

Həm yemək, həm salat, həm də qəlyanaltı olaraq süfrəyə verə biləcəyiniz bir ləzzət. Resepti üçün klikləyin..

Badımcan Ləvəngisi

 

Badımcan ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl və fərqli təamlarından biridir. Resepti üçün klikləyin

Kəsmikli Badımcan Rulonları

Kəsmikli badımcan rulonlar özəl günlər üçün çox dadlı qəlyanaltıdır. Resepti üçün klikləyin..

Super Kalori Yandıran Badımcan Pizzası

 

Badımcan pizzası super yağ yandırıcıdır. Resepti üçün klikləyin..

Bol Pomidorlu Sousda Badımcanlı Küftə

 

Xüsusi dəvət süfrələrinə uyğun hazırlanması çox çətin olmayan dadlı  badımcanlı küftə yeməyi. Resepti üçün klikləyin..

Qozlu Badımcan Salatı

 

Həm ev xanımlarının, həm də işləyən xanımların üstünlük verdikləri qozlu badımcan salatı, badımcanın közlənməsiylə ortaya çıxan ecazkar bir ləzzətdir.

Badımcanın Acılığını Çıxarmağın Ən Asan Yolları

Badımcanı birbaşa bişirdikdə ya da qızartdıqda damaqda acı bir dad buraxır və ləzzətini ala bilmirik. Badımcan bişirməzdən əvvəl mütləq acılığı çıxarılası bir tərəvəzdir. Evdar.az badımcanın acılığını çıxartmağın yollarını təqdim edir.

İlk öncə badımcanı necə istifadə edəcəyinizə qərar verin. Daha sonra badımcanı necə istəyirsinizsə elə də doğrayın. İç qisimlərini duzlayıb 20-25 dəqiqə duzda gözlədin. Duzlanmış badımcanları su dolu bir qabda yaxşıca yuyun və təxminən 15 dəqiqə suda saxlayın. Sonra süzüb istifadə edin.

Ancaq qızartmaq üçün istifadə edəcəyiniz badımcanların suyunu süzməsi üçün bir kağız dəsmalın üzərinə sərin.

Digər bir üsulda isə yağın sıçramamasını istəmirsinizsə, badımcanların iç qisimlərini bol duzlayın. Tək-tək layları duzlayıb ən az 20 dəqiqə gözlədin. Daha sonra badımcanın səthindəki mayeni və qalan duzu kağız dəsmalla təmizləyin. Kağız dəsmalla yaxşıca sildiyiniz badımcanları yağda qızarda bilərsiniz. Bu üsulda badımcanı islatmadığınız üçün qızartma əsnasında yağ sıçramayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir