Faydalı Maraqlı Xəbərlər

Keçi Südünün İçərisindəki Zülal Covid-19-a Qarşı Təsirli Çıxdı!

Sağlamlığa olan faydaları ilə “ana südündən fərqlənməyən” keçi südünün Covid-19-a qarşı da təsirli olduğu açıqlandı. Evdar.az xəbər verir ki, Türk araşdırmaçılar, keçi südü içərisində Covid-19-a qarşı təsirli zülal aşkar ediblər. Tədqiqatçıların fikrincə, qoruyucu bir protein olduğu təqdirdə bir dərmana çevrilə bilər və ya müxtəlif yollarla istifadəyə verilə bilər.

Virusun Daxil Olmasının Qarşısını Alır

Keçi südündən qaynaqlanan bir protein olan beta-laktoglubin, müəyyən fermentlərlə işlədikdən sonra ortaya çıxan” bioaktiv peptid “adlandırılan hissələrin koronavirus üzərində təsirli olduğu təyin edilib.

Peptidlərin kompüter proqramları vasitəçiliyi ilə virusun bütün bağlanma nöqtələri ilə qarşılıqlı əlaqədə olduğu müşahidə edilib. Bu, zülal reseptorlarını bloklayır və virusun daxil olmasına mane olur.

Bu burun spreyi, maskalara püskürdülən bir sprey və ya maskaların arasına qoyula biləcək bir material kimi istifadəyə təklif edilə bilər.

Keçi Südü İçərək Faydalanmaq Olmaz, Çünki..

Professor vurğulayır ki, bu tapıntını keçi südü içməklə qarışdırmaq olmaz. Yəni keçi südündə olan bioaktiv peptitdlərdən keçi südü içərək faydalana bilmərik:
“Bu peptitdləri keçi südündən istifadə edərək əldə etmək olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.