Faydalı Faydalı Məsləhətlər

Ləzzətli Tort Növləri və Bişirilmə Sirrləri

Meyvəlisindən şokoladlısına, qat-qat xəmirlisindən biskvitlisinə qədər ləzzətli tort növləri damaqlarımızı dadlandırır.

Bir neçə məhsullarla asanca hazırlanan tort növlərindən əlavə saatlarla hazır olan tortlar da var. Asan və ya çətin fərq etməz,demək olar ki, hər damaq dadında xitab edən tortlar mətbəxin ayrılmaz hissəsidir.

Əgər hazır tort almağı xoşlamırsınız və evdə hazırlamağa üstünlük verirsinizsə tort hazırladıqda bir neçə tövsiyyələrə diqqət yetirməlisiniz.

  • Tortları xırtıldayan etmək üçün, xəmirin içərisinə bir çay qaşığı duz əlavə edin.
  • Tort və kekslər üçün istifadə edilən kremin daha sərt olması üçün bütün vəsaitləri, yəni mikserin telini, qarışdırma qabı və qaymağı bir neçə dəqiqə soyuducuda gözlədin.
  • Tort hazırladıqda ən çox qarşılaşan çətinlik, meyvə hissəciklərinin dibə çökməsidir. Bunun qarşısını almaq üçün hazırlanan tort xəmirinə bir az qarğıdalı unu əlavə edin.Bu şəkildə meyvələr bişdikdə sıxlaşır və dibə çökmür.
  • Sobada tort və keks bişirdikdə, daha yaxşı bişirmək üçün sobaya bir qab su qoyun.
  • Tort hazırladıqda istifadə edilən yağı sürtgəcin qalın tərəfindən keçirin.Bu sayədə, kiçik parçalar halına gələn yağı daha asan istifadə etmək olar.
  • Tortu hazırlamaq üçün istifadə olunan meyvələrin daha uzun ömürlü olması üçün meyvələri şəkər tozuna bulayın. Bundan əlavə, tortun üzərinə qoyulmuş banan, alma, armud kimi meyvələrin qaralmaması üçün meyvələri limonlu suya batırın istiafdə edin.
  • Tortu bəzədikdə kənarları batmasın deyə yağlı kağız istifadə edin. Əvvəlcədən istifadə ediləcək tort qabından daha böyük iki yağlı kağızı, qabın ortasında, kənarları üst üstə gələcək şəkildə yerləşdirin. Daha sonra hazırlanan tortu bu kağızların üzərinə qoyun. Kremlə bəzədikdən sonra tortun kənarlarındakı yağlı kağızları iki yandan çəkərək ehtiyyatla götürün.

Ləzzətli Tort Növləri

Bu dadlı tortların reseptləri üçün buraya daxil olun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.