Ən Tənbəl Xaçapuri

Yields: 1 Serving

Yüksək protein və karbohidratlardan ibarət qəlyanaltı pəhrizdə olanlar üçün idealdır. Evdar.az asan, tez hazırlanan  və tavada bişən ləzzətli xaçapurinin reseptini təqdim edir.

Tərkibi:

1 ədəd xaçapuri üçün:

  • 100 qr 0,1 % yağlılığı kəsmik
  • 20 qr un (düyü unu)
  • 1 ədəd yumurta
  • 50 qr  pendir (suluquni və ya zövqə görə)

Hazırlanma qaydası:

İlk öncə yumurtanın ağını sarısından ehtiyyatla ayırın. Bir qabda kəsmiyi və  yumurta ağını çəngəllə qarışdırın. Üzərinə rəndələnmiş pendir və duz səpib yaxşıca qarışdırın.  Quru tavaya qarışığı qaşıqla xaçapuri forması verərək qoyun. Daha sonra orta hissəsindən qaşıqla oyuq açın. Tavanın qapağını örtüb zəif ocaqda 5-9 dəqiqə bişirin. Bir tərəfi bişən xaçapurinin digər tərəfini də çevirib 2-3 dəqiqə bişirin. Bişən xaçapurinin üzərinə rəndələnmiş pendir səpin. Qaşıqla oyuq açdığınız hissəyə ehtiyyatla ayırdığınız yumurta sarısı qoyub qapağı örtün. Zəif ocaqda pendir əriyənədək 5 dəqiqə bişirin. Bişən xaçapurini boşqaba qoyub üzərinə duz, istiot və xırda doğranmış göyərti səpin. Xaçapurini dilimləyib yumurtanın sarısına batıraraq yeyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.