4 Məhsulla Süfrəyə Gözəllik və Dad Qatan “Rafaello” Salatı

Yields: 1 Serving

Hər bir bayram və ya ziyafət süfrəsi üçün cəmi 4 məhsulla salat hazırlaya bilərsiniz. Evdar.az Rafaello salatının reseptini təqdim edir.

4 Məhsulla Süfrəyə Gözəllik və Dad Qatan “Rafaello” Salatının tərkibi:

  • 300 qr toyuq filesi
  • 200 qr qoz ləpəsi
  • 150 qr holland pendiri
  • 4-5 xörək qaşığı mayonez
  • zövqə görə duz, sitiot
  • üzərini bəzəmək üçün qoz ləpəsi və ya küncüt

4 Məhsulla Süfrəyə Gözəllik və Dad Qatan “Rafaello” Salatının hazırlanma qaydası:

İlk öncə toyuq filesini suda duzlu suda bişirin. Bişən fileni soyutduqdan sonra xırda kub formasında doğrayın. Üzərinə xırdalanmış qoz ləpəsini əlavə edib qarışdırın. Holland pendirini də sürtəcdən keçirib salata əlavə edin. Duz, istiot və mayonez əlavə edib yaxşıca qaşırdırın. Hazırladığınız kütlədən əlinizlə yumurulayıb forma verin. Yuvarlayıb xırdalanmış qoz ləpəsi və ya küncütə bulayın. Bu qaydayla kütlə qurtarana qədər hazırlayəb kahı yarpaqları düzülmüş boşqaba yerləşdirin. Salat hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir