Albalılı və Pomidorlu Çox Ləziz Yay Salatı

albalili ve pomidorlu cox leziz yay salati
Yields: 1 Serving

Havalar isindikcə və fəsil yaya keçdikcə daha yüngül yemək yemək və ağır yeməklərdən uzaq olmaq istəyirik. Salat reseptlərindən isə yay salatlarına üstünlük veririk. Yay tərəvəzi və giləmeyvəsiylə çox ləziz salat hazırlaya bilərsiniz. Bu salat həm pəhriz saxlayanlar, həm də yay aylarında yüngül yemək istəyənlər üçün çox faydalı olacaq. Evdar.az albalılı və pomidorlu yay salatının reseptini təqdim edir.

Albalılı və Pomidorlu Yay Salatının tərkibi:

Sousu üçün:

  • 2 xörək qaşığı soya sousu
  • 2 xörək qaşığı nar şərabı
  • 1 diş əzilmiş sarımsaq
  • 1/2 çay qaşığı duz
  • 1/4 çay qaşığı istiot
  • 1/2 çay stəkanı zeytun yağı

Salat üçün:

  • 300 qr albalı (vişnə)
  • 10 ədəd çerri pomidoru
  • 1/2 stəkan qoz ləpəsi
  • 1/2 dəstə cəfəri
  • 6 yarpaq reyhan (bənövşəyi və ya yaşıl )

Albalılı və Pomidorlu Yay Salatının hazırlanma qaydası:

Sousu hazırlamaq üçün dərin bir qaba soya sousu, nar şərabı, əzilmiş sarımsaq, duz, istiot və zeytun yağı əlavə edib qarışdırın. Tumu çıxarılmış albalıları da sousun üzərinə töküb qarışdırın. Sousu kənara qoyun. Pomidorları çəngələ gələcək şəkildə iri dilimlər formasında doğrayın. Qoz ləpəsini xırdalayın (çox xırda deyil, iri qalmalıdır). Yuyulub suyu süzülmüş cəfərini və reyhan yarpaqlarını xırda doğrayın. Kənara qoyduğunuz sousun üzərinə doğranmış pomidor, qoz ləpəsi, cəfəri və reyhan yarpaqlarını əlavə edib yaxşıca qarışdırın. Hazır salatı süfrəyə verə bilərsiniz. Bu salat həm də ət yeməklərinin yanına çox yaraşır.

Ən dadlı salat reseptləri Ən Dadlı Kulinariya Saytında!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir