Azərbaycan Mətbəxinin Şahı Daşarası Kabab

Yields: 1 Serving

Qəbələ mətbəxinin şahı, qaya daşlarının arasında hazırlanan Daşarası kababı 200 ildən çox tarixə malikdir. Qaya daşlarının arasında xüsusi üsulla bişirilən kababın bütün dadı-tamı yeməkdə qalır. Evdar.az  Azərbaycanın gözəl guşələrindən olan Qəbələ bölgəsinin şah yeməyi Daşarası kababının reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq quzu əti və ya toyuq
  • 2 ədəd badımcan
  • 1 ədəd acı bibər
  • 2 ədəd kartof
  • 150 qr quyruq
  • təndir çörəyi və ya lavaş
  • 1 ədəd soğanın suyu
  • 20 qr çayotu, kəklikotu
  • zövqə görə duz, istiot

Hazırlanma qaydası:

İlk öncə toyuğu tabaka kimi döyün, quzu ətini isə tikələrə bölün. Tərəvəz­ləri halqavari doğrayın. 1 ədəd soğanın suyunu ətə sıxın, ədviyyat vurun. Daha sonra ətləri isti daşın üzərinə düzün. Duz və istiot səpin. Təndir çörəyi və ya lavaşı iki yerə bölün , bişən ətlərin üstündən çörəkləri düzün ki, ətlərin yağı çörəyə hopsun. Digər daşı ətlərin, tərəvəzlərin üzərinə qoyun. 5 dəqiqə sonra ərzaqları çevirin. Daşarası kabab 15 dəqiqəyə hazır olur.

Qeyd: Kababın hazırlanması zamanı əsas vaxt daşın qızdırılmasına gedir. Bilavasitə ətin bişməsinə isə 10-15 dəqiqə sərf olunur. Qaynar daşa ətin yapışmaması üçün quyruq yağı sürtülür. Kartof və badımcan isə ət kababı ilə birgə verilmək üçün kabab üsulu ilə hazırlanır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.