Azərbaycan Mətbəxinin Dadlı Salatı Turşgilas

Yields: 1 Serving

Azərbaycan mətbəxinin dadlı salatlarından biri də Turşgilas salatıdır. Evdar.az yay mövsümünün ən dadlı, sərinləşdirən salatının reseptini təqdim edir.

Tərkibi:

  • 250 qr albalı
  • 1 ədəd soğan
  • 1 dəstə keşniş
  • zövqə görə duz
  • 2 budaq nanə
  • zövqə görə qırmızı bibər tozu

Hazırlanma qaydası:

Bir qabda albalıları qaşıqla yüngül əzin ki, suyu və tumu çıxsın. Tumlarını ayırıb götürün. Soğanın qabığını soyub nazik halqa və ya yarımhalqa formasında doğrayın. Bir qaba doğranmış soğanın üzərinə qaynar su töküb 2-3 dəqiqə saxlayın (bu soğanın acısını çıxarmaq üçündür). Daha sonra soğanın suyunu süzüb yaxşıca sıxın və soyuması üçün kənara qoyun. Yuyulmuş keşniş və nanəni xırda doğrayıb əzilmiş albalının üzərinə əlavə edin. Sıxılmış və soyuyan soğanları da əlavə edin. Üzərinə duz və qırmızı bibər tozu əlavə edib ehtiyyatla qarışdırın. Hazır salatı 10-15 dəqiqəlik soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.