Bayram Süfrəsi Üçün Xrizantema Salatı

Yields: 1 Serving

Salata bu ad çiçəyə bənzəyən görünüşünə görə verilib. Çiçək ləçəkləri çox orijinal görünən kartof çipslərindən hazırlanır. Evdar.az bayram süfrəsi üçün xrizantema salatının reseptini təqdim edir.

Tərkibi:

  • 250 qr hisə verilmiş toyuq filesi ( və ya suda bişmiş toyuq filesi)
  • 4 ədəd yumurta
  • 150 qr konserləşdirilmiş qarğıdalı
  • 100 qr marinə edilmiş şampinyon göbələyi
  • 50 qr kartof çipsi
  • 140 qr mayonez

Hazırlanma qaydası:

Hisə verilmiş toyuq filesini kub formasında doğrayın. Göbələkləri də nazik halqalar formasında doğrayın. Yumurtanı bişirin, sarısını və ağını ayrı qablara rəndələyin. Salatı düzəcəyiniz boşqaba alt qata doğranmış toyuq filesini halqa şəklində yayıb mayonez yaxın. İkinci qata doğranmış göbələkləri də düzüb mayonez yaxın. Üçüncü qata süzülmş qarğıdalı da düzüb mayonez yaxın. Rəndələnmiş yumurta ağını da yayıb mayonez yaxın. Ən üst qata yumurta sarısını da hərə tərəfli yayın. Kartof çipslərini də xrizantemanın çiçəyi kimi hər tərəfinə düzün. Hazırladığınız salatı 1 saatlıq soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.