Bayram Süfrəsi Üçün Zərif “Nejenka” Salatı

Yields: 1 Serving

Bayram süfrəsi üçün zərif salat hazırlaya bilərsiniz. Evdar.az “Nejenka” salatının reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd toyuq filesi
  • 4 ədəd yumurta
  • 3 ədəd təzə xiyar
  • 150 qr tumsuz qara gavalı
  • 150 qr qoz ləpəsi
  • mayonez

Hazırlanma qaydası:

Toyuq filesini duzlu suda bişirin. Yumurtanı da suda bişirib qabığını soyun. Xiyarın qabığını soyub kiçik uzun zolaqlar formasında doğrayın. Bişib soyuyan toyuq filesini didin. Boşqaba ilk öncə doğranmış xiyar töküb üzərinə mayonez yaxın. Daha sonra didilmiş toyuq filesini səpib mayonez yaxın. Bişib soyuyan yumrtanı sürtgəcin iri gözündən keçirin. Üçüncü qat olaraq yumurtanı səpib mayonez yaxın. Holland pendirini də rəndələyib ən son qat olara düzün. Ancaq mayonez yaxmayın. Tumsuz qara gavalını yuyub doğrayın. Qoz ləpəsini də xırdalayın. Salatın üzərini doğranmış gavalı və qoz ləpəsiylə bəzəyin. Salat hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.