Cəmi 25 Kalori Olan İspanaqlı Göbələk Dolması

Yields: 1 Serving

İspanaq ilə doldurulmuş göbələklər ləzzətli bir qəlyanaltı kimi görünsə də, faydalı bir yemək olaraq süfrənizdə yerini tuta bilər. Bu dadlı və faydalı yemək cəmi 25 kaloridir. Evdar.az ispanaqlı göbələk dolmasının reseptini təqdim edir.

Tərkibi:

  • 2 xörək qaşığı zeytun yağı
  • 20 ədəd şampinyon göbələk
  • 1 ədəd xırda doğranmış soğan
  • 2 stəkan doğranmış ispanaq
  • 1/2 stəkan yağsız ricotta pendiri
  • 1/2 stəkan rəndələnmiş mozarella pendiri
  • 3 diş sarımsaq (xırda doğranmış)
  • 1/2 çay qaşığı bibəriyə (rozmarin)
  • 1/2 çay qaşığı qırmızı bibər tozu
  • duz və istiot

Hazırlanma qaydası:

Göbələklərin gövdəsini təmizləyin və yuyun. Təmizlədiyiniz gövdələri  kub formasında doğrayın. Tavada yağı isidin, xırda doğranmış soğanı və sarımsağı qovurun. Daha sonra doğranmış ispanaq və göbələk gövdəsini  əlavə edib 5-6 dəqiqə qarışdıraraq bişirin. Duzunu əlavə edib ədviyyatlarla dadlandırın. Ricotta pendirini əlavə edib 1 dəqiqə daha qarışdırmağa davam edin. Göbələklərin üzərinə ispanaq qarışığını bərabər şəkildə dolduraraq soba sinisinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə üzəri qabarcıqlı olana qədər bişirin. Sobadan çıxardıqdan sonra göbələklərin üzərinə mozarella pendirini səpib  5 dəqiqəlik sobaya yerləşdirin. Sobadan çıxarıb isti halda süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.