Dadı Və Görünüşü ilə Süfrənizi Bəzəyəcək “Bəyaz Gecə” Salatı

Yields: 1 Serving

“Bəyaz gecə” salatı görünüşü və ləzzətli dadı ilə süfrənizi bəzəyəcək dadlı bayram salatıdır. Evdar.az dadlı salatın reseptini təqdim edir.

Tərkibi:

  • 300 qr toyuq ciyəri
  • 2 ədəd kartof
  • 1 ədəd soğan
  • 1/2 ədəd yerkökü
  • 2 ədəd xiyar turşusu
  • 100 qr krem pendir
  • 3 ədəd yumurta
  • mayonez
  • duz, istiot zövqə görə
  • 10 qr şüyüd

Hazırlanma qaydası:

İlk öncə yerkökü və soğanın üst qabığını soyun. Soğanı nazik doğrayın, yerkökünü isə sürtgəcin xırda gözündən keçirin. Tərəvəzləri yağda yumşaq olana qədər 5 dəqiqə qızardıb, duz və istiot əlavə edin. Başqa bir qabda kartof və yumurtanı suda bişirin. Bişən kartofu sudan çıxarıb soyudun və sürtgəcin iri gözündən keçirin. Toyuq qara ciyərini duzlu suda bişənə qədər qaynadın. Bişən qara ciyəri orta ölçülü kub formasında doğrayın. Salatı hazırlayacağınız qaba ilk öncə sürtgəcdən keçirilmiş kartofu yayıb, duz, istiot səpib mayonez yaxın. Kartofun üzərinə doğranmış qara ciyəri yayıb mayonez yaxın. Yüngül qovrulmuş yerkökü və soğanı tamamilə soyudub artıq yağını süzün. Daha sonra qara ciyərin üzərinə bərabər yayıb qaşıqla üzərinə krem pendir yaxın. Bişib soyuyan yumurtaların qabığını soyub ağını sarısından ayırın. Sürtgəcin xırda gözündən keçirilmiş yumurta ağını salatın üzərinə hər tərəfli yayın. Salatı 30 dəqiqəlik soyuducuya yerləşdirin. Süfrəyə verməzdən əvvəl xırdalanmış yumurta sarısı və doğranmış xiyar turşusu dilimləriylə salatı bəzəyin. Zövqə görə salatın üzərinə təzə şüyüd qoya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.