Dadlı Və Doyurucu Şanxay Salatı

Yields: 1 Serving

Şanxay salatı əsl xilasedicidir. Asan hazırlanan bu salat eyni zamanda dadlıdır. Salatın tərkibindəki ət salatı doyurucu edir. Bu dadlı salat bayram süfrəsi üçün idealdır. Evdar.az Şanxay salatının reseptini təqdim edir.

Tərkibi:

  • 200 qr bişmiş ət
  • 150 qr bişmiş düyü
  • 100 qr bişmiş yerkökü
  • 4 ədəd bişmiş yumurta
  • 200 qr konservləşdirilmi yaşıl noxud
  • 1 dəstə yaşıl soğan
  • zövqə görə duz
  • 150-200 qr mayonez

Hazırlanma qaydası:

Əti əvvəlcədən duzlu suda bişirin və tamamilə soyudun. Yumurtanı da suda bərk halda bişirin və qabığını soyub soyudun. Yerkökünü də suda bişirin. Başqa bir qabda düyünü yumşalana qədər qaynadın. Bişmiş soyumuş əti, yumurtanı, yerkökünü orta ölçülü kub formasında doğrayın. Yaşıl soğanları da doğrayın. Bir qabda hamısını qarışdırıb yaşıl noxud, duz və mayonez əlavə edib qarışdırın. Hazır salatı süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.