Ekonomik Bayram Süfrəsi Açmaq İstəyənlər Üçün Reseptlər

Yields: 1 Serving

Bu Yeni il ərəfəsində ekonomik bayram süfrəsi açmaq istəyənlər üçün hazırlanmış az büdcəli yeni il reseptlərini tərtib etdik. Tərəvəz, toyuq, qırmızı ət və balıq kimi müxtəlif əsas inqrediyentləri ehtiva edən bu qənaətcil bayram yeməkləri arasında həm damağınıza, həm də büdcənizə uyğun bir neçə resept tapacağınıza əminik. Evdar.az qənaətcil və ləzzətli bayram yeməklərinin reseptlərini təqdim edir.

Çoban Aşı

Çoban aşı adıyla bilinən bu ləziz plov Azərbaycan mətbəxinin ən dadlı təamlarından biridir. Çoban aşı əsasən qoyun ətindən hazırlanır. Ancaq qoyun ətinin əvəzinə mal əti ilə hazırlaya bilərsiniz. Evdar.az ləziz Çoban aşının reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr ət (qoyun və ya mal əti)
  • 3 stəkan düyü (uzun və ya yumru)
  • 100 qr kərə yağı
  • 1 ədəd soğan
  • duz, istiot

Hazırlanma qaydası:

İlk öncə əti tikələrə doğrayıb suda qaynadın. Soğanı kiçik kub formasında doğrayın. Başqa bir qazanda soğanı yağda qovurun. Bişən əti sudan ayırıb qızardılmış soğana əlavə edin və qızarana qədər bişirin. Düyünü yuyub süzün. Qovrulan ət və soğanın üzərinə düyü, duz, istiot və ayırdığınız ət suyunu əlavə edin. Ət suyunu hər 1 stəkan düyüyə 2 stəkan ölçüdə götürün. Qazanın qapağını yarımçıq örtüb suyu çəkilənə qədər vam odda bişirin. Daha sonra aşı qarışdırın, qazanın üzərini mətbəx salfeti və qapaqla örtüb dəmə qoyun.

Lobyalı Plov

Ağdam mətbəxi Qarabağın özünəməxsus təamları arasında xüsusi yer tutur. Bu dadlı təəmlardan biri də dadı damağınızda qalan maş lobyalı plovdur. Evdar.az lobyalı plovun reseptini təqdim edir.

Lobyalı plovun tərkibi:

  • 100 qr kərə yağı
  • 500 qr düyü
  • 150 qr maş lobya
  • 1 ədəd yumurta
  • 30 qr duz

Lobyalı plovun hazırlanma qaydası:

Lobyanı gecədən isladıb bişirin. Və ya bir gecə islatmadan bişirməyin qaydasını buradan oxuyun. Düyünü duz tökülmüş suda bişirib süzün. Düyünü süzənə yaxın bişmiş lobyanı düyünün üzərinə əlavə edin. 2-3 dəqiqə sonra lobyalı düyünü süzün. Plovu dəmə qoyacağınız qazanın dibinə kərə yağı əlavə edib qızdırın. Qazmaq üçün bir qabda yumurtanı çırpın. Üzərinə süzülmüş düyüdən 1-2 qaşıq əlavə edib qarışdırın. Yağlı qazanın dibinə hazırladığınız yumurtalı düyünü yayın.  ⁣⁣Dəmə qoyulan zaman düyünün üzərinə zövqə görə ərinmiş kərə yağı tökün. Bişən plovu süfrəyə şəkər tozu və ya doşabla (bəkməzlə) verə bilərsiniz.

Sobada Manqal Dadında Ciyər Kababı

İnsan orqanizmi üçün əhəmiyyətli yeri olan qara ciyərdə ağlınıza gələ biləcək hər cür qidalandırıcı maddələr var. Ətdən üstün olan qara ciyəri sevməyənlər sobada manqal dadında kabab kimi bişirə bilər. Evdar.az sobada manqal dadında ciyər kababının reseptini təqdim edir.

Ciyər Kababının tərkibi:

Sadəcə 4 Ərzaqla Dadlı Salat

 

Bu salat sadəcə 4 ərzaqla hazırlanır. Evdar.az hər gün hazırlaya biləcəyiniz dadlı salatın reseptini təqdim edir.

Sadəcə 4 Ərzaqla Dadlı Salatın tərkibi:

  • 4 ədəd çuğundur
  • 2 ədəd yumurta
  • 2 ədəd xiyar turşusu
  • 1 diş sarımsaq
  • zövqə görə mayonez, duz, istiot.

Sadəcə 4 Ərzaqla Dadlı Salatın hazırlanma qaydası:

Çuğundur və yumurtanı suda bişirin. Bişdikdən sonra qabığını soyub sürtgəcdən keçirin. Xiyar turşusunu samanvari və ya kub formasında doğrayın. Bir qaba sürtgəcdən keçirilmiş çuğundur, yumurta, turşu xiyar, rəndələnmiş sarımsaq, duz, istiot və mayonez töküb qarışdırın. Mayonez əvəzinə süzmə qatıq da istifadə edə bilərsiniz. Salat hazırdır!

Bişməyən “Napoleon” Tortu

 

Napoleon tortu ən çox sevilən desertlərdən biri hesab olunur. Uşaqlıqdan çoxlarının sevdiyi, zərif, laylı, xırtıldayan, həm bayram süfrəsini, həm də gündəlik çay süfrəsini bəzəməyə qadir olan tortdur. Nazik korjlardan və bişmiş kremdən ibarət olan olan Napoleon tortunu bu dəfə fərqli tərkiblə, cəmi 30 dəqiqəyə hazırlaya bilərsiniz. Üstəlik, hər evdar qadın belə bir tort hazırlamaqla bütün gününü sobanın yanında keçirmək istəmir. Evdar.az 30 dəqiqəyə bişməyən Napoleon tortunun reseptini təqdim edir.

Bişməyən “Napoleon” Tortun tərkibi:

  • 420 qr qat-qat “Uşki” peçenyesi

Kremi üçün:

  • 3 ədəd yumurta
  • 3 xörək qaşığı şəkər tozu
  • 3 xörək qaşığı nişasta
  • 700 ml süd
  • 90 qr kərə yağı
  • 1 paket vanil

 “Napoleon” Tortun hazırlanma qaydası:

Kremi hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu və nişastanı tel çırpıcıyla yaxşıca qarışdırın. Südü qaynayana qədər qızdırın. İsti süddən bir az yumurta kütləsinə az-az əlavə edib dayanmadan qarışdırın.  Daha sonra südlə birləşən yumurta kütləsini yenidən qazana töküb ocağa qoyun. Dayanmadan qarışdıraraq qatılaşanadək bişirin. Ocaqdan götürdüyünüz isti halda olan kremə kərə yağı və vanil əlavə edib qarışdırın Kremin üzərinə streç salafan örtüb soyuması üçün kənara qoyun. Formaya qat-qat peçenyeni düzün və üzərinə krem yaxın. Bu qaydayla peçenyeləri qat-qat düzüb kremləyin.Üzərinə peçenye qırıntılarını səpib bəzəyin. Tortu otaq temperaturunda 1 saat saxlayın.  Daha sonra bir neçə saatlıq soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir