Fərqli Ləzzət Dadmaq İstəyənlər Üçün Yaşıl Mərcimək Salatı

Yields: 1 Serving

Yaşıl mərciməyin faydaları saymaqla bitmir. Sağlamlığımıza faydasının yanında çəki problemi
yaşayanlar üçün və hamilələr üçün ən çox istifadə edilməli qidadır. Yaşıl mərcimək salatı, fərqli ləzzətlər dadmaq istəyənlər üçün gözəl bir salat növüdür. Evdar.az hazırlanması çox vaxt aparmayan yaşıl mərcimək salatının reseptini təqdim edir.

Tərkibi:

  • 1 stəkan yaşıl mərcimək
  • 5 -6 ədəd göy soğan (xırda doğranmış)
  • yarım dəstə cəfəri
  • yarım dəstə şüyüd
  • yarım stəkan nar dənəsi
  • 1-2 xörək qaşığı nar şərabı
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 – 2 xörək qaşığı limon suyu
  • duz, istiot

Hazırlanma qaydası:

Mərciməkləri bol suyla yuyub suyunu süzün. Qazana töküb üzərini keçəcək qədər su əlavə edin
və yumşalana qədər qaynadın. Bişən mərciməkləri süzüb bir qaba tökün. Üzərinə xırda doğranmış göy soğan, cəfəri və şüyüd və nar dənəsi əlavə edib qarışdırın. Nar şərabı, zeytun yağı, duz, istiot və limon suyunu bir qabda qarışdırıb salatın üzərinə gəzdirin. Salatı qarışdırıb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.