Konservləşdirilmiş moruq, giləmeyvələrin qida dəyərini və dadını qorumaq üçün əla bir üsuldur. Ənənəvi üsulla hazırlanan moruq mürəbbəsindən fərqli olaraq bu üsulla hazırlanan sirop moruğun faydalı vitaminlərini özündə saxlayır. Evdar.az öz şirəsində konservləşdirilmiş moruğun reseptini təqdim edir.
Faydalılığını İtirməyən Konservləşdirilmiş Moruq
Öz Şirəsində Konservləşdirilmiş Moruğun tərkibi:
- 3 kq moruq
- 4 stəkan şəkər tozu (hər 750 qr-lıq banka üçün 1 stəkan şəkər tozu)
Öz Şirəsində Konservləşdirilmiş Moruğun hazırlanma qaydası:
İlk olaraq moruqları təmizləyib yuyub suyunu süzün. 750 qr-lıq bankaları strerilizə edib qurudun. Hər bankaya dolana qədər moruq və 1 stəkan şəkər tozunu hissə-hissə əlavə edin( 3 kq-lıq moruq və 4 stəkan şəkər tozu 4 ədəd 750 qr-lıq banka üçün ölçüdür). Giləmeyvəylə dolu bankaları 2 saatlıq moruq şirəsini buraxması üçün kənara qoyun. Bankaların qapaqlarını yüngül örtün və içində dəsmal və ilıq suyla yarısına qədər dolu olan qazana yerləşdirin. Qazanı ehtiyyatla ocağa qoyub 10 dəqiqə qaynadın. Moruğun öz şirəsi çıxdıqda bankaları götürüb qapağını kip bağlayın. Bankaların qapağını yaxşıca bağlayıb çevirin və otaq temperaturunda soyutduqdan sonra sərin yerdə saxlayın.
Bu moruq konservi şirniyyatlarda, desertlərdə və yaxud da çayın yanına verilən ləziz və faydalı bir təamdır.
Nuş Olsun!
