Fiqurasına Nəzarət Edənlər Üçün Dadlı və Faydalı “Fitnes” Salatı

Yields: 1 Serving

Bir çox insan orqanizm üçün maksimum fayda əldə etmək üçün dadlı və sağlam qida yeməyi xəyal edir. Bu gün Evdar.az sizə alma, banan, qoz-fındıq və yoqurtdan ibarət “Fitnes” salatını hazırlamağı təklif edir. Bu dadlı salatın tərkibindəki bütün meyvələr vitamin və mikroelementlərlə zəngindir. Qoz-fındıq sizi enerji ilə dolduraraq güc verəcək. Faydalı, vitaminli salat sizi tox saxlayaraq,çəkinizi qoruyacaq.

Tərkibi:

  • 150 qr alma
  • 100 qr banan
  • 30 qr qoz
  • 1-1,5 xörək qaşığı yoqurt
  • 0,5 xörək qaşığı limon suyu
  • 0,5 -1 çay qaşığı bal
  • üzəri üçün nanə yarpağı

Hazırlanma qaydası:

İlk öncə almaların qabığını soyub orta ölçülü kub formasında doğrayın. Bananın qabığını soyub doğrayın. Meyvələri bir qaba töküb,üzərinə alma və bananın qaralmaması üçün limon suyu gəzdirin. Üstəlik limon suyunda C vitamini çoxdur. Salata bal da əlavə edin. Bal salata şirin bir dad verəcək və immunitet sisteminizi gücləndirəcəkdir. Daha sonra salata yoqurt da əlavə edib qarışdırın.Əgər yoqurt yoxdursa yağsız xama istifadə edə bilərsiniz. Yalnız turş olduğu və salatın dadını biraz dəyişə biləcəyi üçün həddindən artıq əlavə etməyin. Salat hazırdır. Fitnes salatını təzə nanə yarpaqlarıyla bəzəyib süfrəyə verə biləsiniz.

Nuş Olsun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.