Göbələk Sousunda Ləziz Kotletlər

Yields: 1 Serving

İlk baxışdan sadə olan kotletləri müxtəlifləşdirmək istərdinizmi? Onları göbələk sousu ilə parlaqlaşdıraraq çox zərif və ətirli bir yemək ortaya çıxara bilərsiniz. Evdar.az dadlı göbələk sousunda bişən kotletin reseptini təqdim edir.

Tərkibi:

  • 400-500 qr qiymə
  • 1 ədəd yumurta
  • 100 qr soğan
  • 1/4 stəkan suxari tozu
  • 1 xörək qaşığı bitki yağı
  • 200 qr təzə göbələk
  • 50 qr kərə yağı
  • 3 xörək qaşığı un
  • 2 çay qaşığı Vusterşır sousu və ya soya sousu
  • 500 ml su və ya ət suyu
  • duz, istiot zövqə görə

Hazırlanma qaydası:

Soğanı kiçik kub formasında doğrayın, göbələyi də nazik dilimləyin. Bir qabda qiymənin üzərinə soğan, yumurta, suxari tozu, duz və istiot töküb qarışdırın. Qiymədən 1 sm qalınlığında koteltlər hazırlayın. Tavaya bitki yağı töküb yaxşıca qızdırın. Hazırladığınız kotletləri zəif ocaqda hərə tərəfini 4-5 dəqiqə bişirin. Bişən kotletləri boşqaba qoyub üzərini folqa kağızıyla örtün. Kotletləri qızartdığınız tavaya kərə yağının yarısını əlavə edib göbələkləri 2-3 dəqiqə yüngül qovurun. Üzərinə soya sousu və ya Vusterşır sousu, un, duz və ət suyu əlavə edib sous qatılaşana qədər qaynadın. Qalan kərə yağını da sousa əlavə edib qarışdırın. Kotletləri tavaya sousun üzərinə düzün və 5-6 dəqiqə orta odda davamlı sousu kotletlərin üzərinə tökərək bişirin. Sous çox tez qatılaşarsa, bir az su əlavə edin. Göbələkli sousda bişən kotletləri kartof püresi və ya təzə tərəvəz salatı ilə birlikdə süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.