Category: Pəhriz Yeməkləri, Salatlar
Yields:
1 Serving
Əlbəttə ki, göbələk “Sezar” salatının çox yayılmış tərkib hissəsi deyil. Ancaq onu doyurucu və eyni zamanda ətsiz bişirmək lazımdırsa, bu çox əlverişli bir seçimdir. Evdar.az veganlar və pəhrizdə olanlar üçün “sezar” salatının reseptini təqdim edir.
Göbələkli Dietik “Sezar ” Salatının tərkibi:
- 200 qr kahı
- 200 qr şampinyon göbələyi
- 100 qr suxari
- 60 ml vegan mayonezi
- 1 xörək qaşığı zeytun yağı
- yarım çay qaşığı istiot
- yarım çay qaşığı muskat qozu
Göbələkli Dietik “Sezar ” Salatının hazırlanma qaydası:
İlk öncə kahını istədiyiniz kimi doğrayın və boşqaba tökün. Göbələkləri doğrayın və tavada buxarlanana qədər zeytun yağında qızardın. Duz, istiot və muskat qozu əlavə edib ocaqdan götürün. Salata qovrulmuş göbələk, suxari və vegan mayonezi əlavə edib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!