
İftarın 3-cü günü üçün həm ləzzətli, həm də yüngül yeməklərdən ibarət menyu hazırladıq. Evdar.az Ramazanın 3-cü gününə xüsusi iftar menyusunu təqdim edir.
İspanaq min bir dərdə dərman bir tərəvəzdir. Saysız-hesabsız faydası olan ispanaqdan ləzzətli şorba hazırlaya bilərsiniz. Üstəlik südlə şorbanın ləzzətinə ləzzət qatacaqsınız. Dadına doyum olmayan, vitamin deposu südlü ispanaq şorbasını hazırlamaq üçün…(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN)
Qril dadında toyuq hazırlamaq üçün qril aparatına və ya manqala ehtiyac yoxdur. Ev şəraitində sobada həm daha asan, həm də daha təmiz şəkildə toyuq qızarda bilərsiniz. Sobada qril dadında toyuq qızartmasını hazırlamaq üçün…(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN)
Brizol – Fransız mətbəxinin ən dadlı yeməklərindən biridir. İki qatlı, alt hissəsi yumurtalı, üst hissəsi qiyməli yemək pəhrizdə olanlar üçün idealdır. Ləziz qiyməli “Brizol” yeməyini hazırlamaq üçün..(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN)
Bu salat dadlı olmaqla yanaşı üzərindəki kivi dilimləri zümrüdlərə bənzəyir. Dadlı və asan hazırlanan Zümrüd yağışı salatını hazırlamaq üçün..(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN)
ŞƏKƏRSİZ VƏ YAĞSIZ KARTOŞKA PİROJNASI
Allah Tutduğunuz Orucu Qəbul Etsin!