Kulinariya Sehri – Pulyar Omleti

Yields: 1 Serving

Pulyar omleti bir kulinariya sehridir. Bənzərsiz görünüşü ilə zərif bir buludu xatırladır. Evdar.az yüngül, dadlı və hazırlanması asan olan Pulyar omletinin reseptini təqdim edir.

Tərkibi:

  • 6 ədəd yumurta
  • 30 qr süd
  • çimdik sarımsaq tozu
  • zövqə görə duz
  • qızartmaq üçün bitki yağı

Hazırlanma qaydası:

İlk öncə yumurtanın ağını sarısından ayırın. Yumurta sarısının üzərinə süd əlavə edib tel çırpıcıyla çırpın. Başqa bir qabda yumurta ağının üzərinə çimdik duz və sarımsaq tozu (zövqə görə) əlavə edib mikserlə yaxşıca çırpın. Tavanı yağlayın və südlü yumurta sarısı qarışığını töküb 20-30 saniyə bişirin. Daha sonra üzərinə ehtiyyatla yumurta ağı kütləsini yayıb spatulayla hamarlaşdırın. Tavanın qapağını örtüb 8-10 dəqiqə zəif ocaqda bişirin. Bişən omleti boşqaba qoyun və iki bərabər hissəyə kəsib yarıya qatlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.