Ləzzətli Pendirli Krekerlər

Yields: 1 Serving

Xırçıldayan cips və ya kreker sevənlər ev şəraitində pendir tərkibli ləzzətli qəlyanaltı hazırlaya bilər. Uşaqların da çox sevəcəyi dadlı və ətirli krekerləri təbii tərkibli olduğu üçün könül rahatlığıyla verə bilərsiniz. Evdar.az faydalı pendirli krekerlərin reseptini təqdim edir.

Tərkibi:

  • 100 qr bərk pendir
  • 100 qr un
  • 1 ədəd yumurta sarısı
  • 100 qr kərə yağı
  • 1 çimdik duz

Hazırlanma qaydası:

Soyuducudan götürdüyünüz soyuq kərə yağını, un və duzu mətbəx robotuyla qarışdırın.

Üzərinə yumurta sarısı əlavə edin. Əgər yumurta sarısının rəngi tünd deyilsə sarıkök əlavə edə bilərsiniz.

Pendiri rəndənin xırda gözündən keçirin. Bir qabda rəndələnmiş pendir və xəmiri əllə yaxşıca qarışdırın.

Hazırladığınız xəmiri streç salafana keçirib yarımsaatlıq soyuducuya yerləşdirin.

Soyuducudan götürdüyünüz xəmiri iki hissəyə ayırın. Hər hissəsini oxlovla dəzgahın üzərinə yayın. Xəmirin üzərinə boşqab qoyub dairəvi kəsin. Xəmirin üzərindən müxtəlif kokteyl çubuqlarıyla dəliklər açın.

Dairədən 8 üçbucaqlar kəsin. İkinci xəmiri eyni bu qaydayla hazırlayın.

Xəmirləri soba sinisinə aralıqlarla düzüb əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 6-8 dəqiqə bişirin. Rəngini çox dəyişmədən krekerlər qurumalıdır.

Sobadan götürüb soyuduqdan sonra yeyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.