Min Bir Dərdin Dərmanı Zəfəran Mürəbbəsi

Min Bir Derdin Dermanı Zeferan Murebbesi
Yields: 1 Serving

Möcüzəvi təbii dərman olan zəfəran çiçəyi dünyanın ən bahalı ədviyyatıdır. Lakin onun bir çimdiyi belə möcüzələrə səbəb olur. Dünyanın ən bahalı, eyni zamanda müalicəvi çiçəyi olan zəfəranın sağlamlığımız üçün çoxlu faydaları var. Qızıldan dəyərli zəfəranın bilmədiyiniz faydaları haqqında bu məqaləmizdən oxuya bilərsiniz.  Bənövşəyi ləçəkləri olan zəfəran çiçəyi mürəbbə olaraq da süfrələrimizi bəzəyir. Evdar.az zəfəran ləçəklərindən hazırlanan mürəbbənin reseptini təqdim edir.

Min Bir Dərdin Dərmanı Zəfəran Mürəbbəsinin tərkibi:

  • 0,5 kq zəfəran çiçəkləri
  • 1 xörək qaşığı qurudulmuş zəfəran

Şərbəti üçün:

  • 1 stəkan şəkər tozu
  • 3 stəkan su
  • 1 xörək qaşığı limon suyu

Min Bir Dərdin Dərmanı Zəfəran Mürəbbəsinin hazırlanma qaydası:

İlk öncə zəfəran ləçəkləri axar suyun altında yuyub süzün. Şərbəti hazırlamaq üçün dərin bir qazana şəkər tozu və su töküb qaynadın. Qaynayan şərbətə limon suyu töküb qarışdırın. Şərbət hazır olduqdan sonra üzərinə zəfəran ləçəklərini əlavə eliyib taxta qaşıqla qarışdırın. Zəfəran mürəbbəsinə 1 xörək qaşığı qurudulmuş zəfəran da əlavə edin. Ləçəklər çox zərif olduğu üçün mürəbbənin çox bişməyinə ehtiyac yoxdur.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir