Pendirli Kartoflu Oladi

Yields: 1 Serving

Kartoflu pendirli oladi hazırlayıb sevdiklərinizlə bölüşün. Evdar.az pendirli oladinin reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr bişmiş kartof
  • 1 diş balaca sarımsaq
  • 1/2 stəkan un
  • 2/3 çay qaşığı qabartma tozu
  • 1/2 çay qaşığı duz
  • 120 qr feta pendiri
  • 2 budaq göy soğan
  • 1 budaq cəfəri və ya keşniş
  • 1 ədəd yumurta
  • 2/4 stəkan süd
  • zövqə görə istiot

Hazırlanma qaydası:

Bişmiş soyumuş kartofun qabığını soyun və rəndənin iri gözündən keçirin. Yaşıl soğanı xırda doğrayın, sarımsağı sarımsaq əzəndən və ya xırda rəndədən keçirin. Bir qabda un, duz və qabartma tozunu qarışdırın. Geniş bir qaba kartof və un qarışığını töküb qarışdırın. Üzərinə yumurta əlavə edib qarışdırın .Daha sonra südü də əlavə edib qarışdırın. Xəmirə bir çimdik istiot, xırda doğranmış göy soğan, pendir və sarımsaq əlavə edib qarışdırın. Xırda doğranmış cəfəri və ya keşnişi də töküb qarışdırın. Tavada yağı qızdırın , xəmirdən 1 qaşıq tavaya töküb iki tərəfli qızardın. Eyni qayda ilə xəmir qurtaranadək bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir