Qubanın Ləziz Şəkərburası (Qozçörəyi)

Qubanın Leziz Sekerburası Qozcoreyi1
Yields: 1 Serving

Şəkərbura Novruz bayramı süfrələrinin firavanlıq rəmzi olan şirniyyat növlərindən biridir. Quba mətbəxi isə şəkərburanın hazırlanma qaydası ilə seçilir. Evdar.az Quba şəkərburasının reseptini təqdim edir.

Qubanın Ləziz Şəkərburası (Qozçörəyi)nın tərkibi:

  • 500 qr un
  • 1 ədəd yumurta
  • yarım çay qaşığı quru maya
  • bir çimdik duz
  • 125 qr əridilmiş kərə yağı
  • 1 stəkan (250 ml) süd

İçliyi üçün:

  • 400 qr qoz ləpəsi
  • 200 qr şəkər tozu
  • yarım çay qaşığı üyüdülmüş hil

Yağlamaq üçün:

  • 500 qr əridilmiş kərə yağı

Qubanın Ləziz Şəkərburası (Qozçörəyi)nın hazırlanma qaydası:

Xəmirini hazırlamaq üçün xəmiri yoğuracağınız qaba un, maya və duzu əlavə edib qarışdırın. Unun orta hissəsinə yumurta, ilıq süd və əridilmiş ilıq kərə yağı əlavə edib xəmir yoğurun. Xəmirin üzərini streç salafanla örtüb 20 dəqiqəlik kənarda gözlədin.

İçliyi hazırlamaq üçün qoz ləpəsini blenderlə xırdalayın (çox xırda deyil, bir az iri qalmalıdır). Üzərinə şəkər tozu və üyüdülmüş hil əlavə edib qarışdırın.

Xəmirdən  6 ədəd eyni böyüklükdə kündə hazırlayın. Kündələrin üzərini örtüb 5 dəqiqə kənarda saxlayın. daha sonra 3 ədəd kündəni orta qalınlıqda (çox nazik yox!) unlanmış dəzgahın üzərində yayın. Yaydığınız xəmirləri qat-qat yağlayaraq üst-üstə düzün (çox dartaraq cırmayın!). Üst-üstə düzülən 3 ədəd yuxanın kənarlarını səliqəyə salıb eni 4 sm olan zolaqlar şəklində (qoğal xəmirindəki kimi) kəsib rulet formasında bükün. Bükülən hər kündə 50 qr olmalıdır. Qalan 3 kündəni də bu qaydayla yayıb, üst-üstə düzüb yağlayın və büküb kəsin. Daha sonra qramı 50 qr olan kündənin birini eyniylə qoğaldaki kimi bükərək üzərindən basaraq oxlovla yayın. Eyniylə şəkərbura xəmiri kimi olan kündələri yayıb üst-üstə düzün (düzdükcə üzərini təmiz salafan paketlə örtün).Xəmirə hazırladığınız içlikdən 1 dolu xörək qaşığı töküb bükün. Şəkərburaların kənarlarını büküb üzərinə naxış vurun. Bu qaydayla şəkərburaları hazırlayıb əvvəllcədən 140 dərəcə qızdırılmış sobada bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir