Səhər Yeməyi Üçün Pendirli Vafli

Yields: 1 Serving

Bariz bir pendir dadı ilə vafli reseptini sınayın. Bu inanılmaz ləzzətli vafli səhər yeməyi süfrəsində ailənizin sevəcəyi bir dad olacaq. Evdar.az pendirli vaflinin reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd yumurta
  • 150 qr xama
  • 25 qr kərə yağı
  • 2 çay qaşığı şəkər tozu
  • 1/2 çay qaşığı duz
  • 1/3 çay qaşığı sarımsaq tozu
  • 2/3 çay qaşığı qabartma tozu
  • 160 qr un
  • 100 qr yarımbərk pendir
  • 10 qr kiçik cəfəri dəstəsi

Hazırlanma qaydası:

Bir qabda yumurta, xama, şəkər tozu, duz, sarımsaq tozu və əridilmiş kərə yağını tel çırpıcıyla qarışdırın. Üzərinə rəndələnmiş pendir və xırda doğranmış cəfəri əlavə edib qarışdırın. Qarışdırdığınız kütlənin üzərinə ələnmiş un və qabartma tozu əlavə edib qarışdırın. Vafli aparatını qızdırın və xəmiri yerləşdirib bağlayın. Vaflini qızıl qəhvəyi olana qədər bişirin, təxminən 5-7 dəqiqə (vafli aparatından asılı olaraq). Bişən vafliləri süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.