Səhər Yeməyinin Əfsanəvi Dadı: Sobada Yumurtalı Çörək Qızartması

Yields: 1 Serving

Süfrələrimizin ən sevilən və ən çox tələb olunan reseptlərindən biri əfsanəvi səhər yeməyinin ləziz yumurtalı çörəyidir. Yumurtalı çörəyini sevirsinizsə, amma çox kalorili olduğu üçün yemək istəmirsinizsə, sobada çox az yağla qızartmadan bişirə bilərsiniz. Evdar.az sobada yumurtalı çörəyin reseptini təqdim edir.

Sobada Yumurtalı Çörək Qızartmasının tərkibi:

  • 3 ədəd yumurta
  • 3-4 budaq cəfəri
  • 8 dilim çörək (bayat çörəkdən də istifadə edə bilərsiniz)
  • bir çay qaşığı duz
  • 2 xörək qaşığı zeytun yağı
  • zövqə görə qırmızı bibər tozu
  • 1/2 stəkan çeddar pendiri

Sobada Yumurtalı Çörək Qızartmasının hazırlanma qaydası:

İlk öncə yumurtaları dərin bir qaba sındırın. Üzərinə xırda doğranmış cəfərini, sürtgəcdən keçirilmiş çeddar pendirinin yarısını və ədviyyatları əlavə edib yaxşıca çırpın. Yağı əlavə etdikdən sonra yaxşıca qarışdırın. Çörək dilimlərini yumurtalı qarışığa yaxşıca bulayın. Hər iki tərəfi yaxşıca bulanmış yumurtalı çörəkləri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Qalan pendiri də çörəklərin üzərinə səpib əvvəlcədən 230 dərəcə qızdırılmış sobada üstü qızılı rəng alana qədər bişirin. Bişən çörəkləri isti halda süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir