Sezar Salatı Üçün Dadlı Sous

Yields: 1 Serving

Sezar salatına xüsusi ləzzəti sous verir. Evdar.az sezar salatı üçün dadlı sous reseptini təqdim edir.

Sezar Salatı Üçün Dadlı Sousun Tərkibi:

  • 3 ədəd yumurta
  • 1 çay qaşığı xardal
  • 1,5 xörək qaşığı soya sousu
  • 30-50 qr bərk pendir
  • 2 ədəd marinə olunmuş kiçik ölçülü xiyar
  • 100-300 ml bitki yağı

Sezar Salatı Üçün Dadlı Sousun Hazırlanma qaydası:

Xiyarı kiçik doğrayın. Pendiri də kub formasında doğrayın. Blenderin qabına yumurta, xardal, soya sosu, kiçik doğranmış xiyar və pendir əlavə edib yaxşıca əzin. Əlinizi saxlamadan bitki yağını əlavə edin. Yağı nə qədər çox töksəniz, sous da bir o qədər qatı olacaq. Ona görə qədərini istəyə görə artırıb-azalda bilərsiniz. Hazır sousu bu reseptlə hazırladığınız sezar salatının üzərinə əlavə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.