Category: Qəlyanaltılar
Yields:
1 Serving
Yay aylarının əvəzolunmazlarından qarğıdalını yemək üçün saatlarla suda qaynadırıq. Bəs su olmadan, qaynatmadan, 5 dəqiqəyə qarğıdalını bişirə biləcəyinizi bilirsinizmi? Evdar.az qarğıdalını 5 dəqiqəyə bişirməyin qaydasını təqdim edir.
Tərkibi:
- qarğıdalı
- duz
- kərə yağı və ya bitki yağı
Hazırlanma qaydası:
İlk öncə qarğıdalının qabığını soyub yuyun( və ya qabığını soymadan bişirib, bişdikdən sonra qabığını çıxarın).1 ədəd qarğıdalını mikrodalğalı sobaya yerləşdirib 3,5-5 dəqiqə bişirin. Daha sonra bişən qarğıdalını sobadan dəsmal köməyi ilə götürün. Üzərini yağlayıb, duzlayıb yeyə bilərsiniz.
Nuş Olsun!