Toyuq Filesindən Ləvəngi Ruleti

Yields: 1 Serving

Toyuq filesindən ləvəngi ruleti özəl günlərinizdə həm dadıyla, həm də görünüşüylə süfrələrinizi bəzəyəcək. Evdar.az dadlı ləvəngi ruletinin reseptini təqdim edir.

Toyuq Filesindən Ləvəngi Ruletinin tərkibi:

  • 4 ədəd toyuq filesi
  • 0,5 stəkan qatıq
  • ağ reyhan tozu
  • duz, istiot

Ləvəngi üçün:

  • 3 ədəd iri baş soğan
  • 400 qr xırda doğranmış qoz
  • 4 xörək qaşığı alça və ya zoğal  turşusu
  • duz, istiot

Toyuq Filesindən Ləvəngi Ruletinin hazırlanma qaydası:

Toyuğun sinə hissəsini eninə kəsərək nazikləşdirin. Daha sonra yuyub salfetlə qurulayın. Daha sonra toyuq filesinin üzərinə streç salafan qoyub yüngül döyəcləyin. Bu qaydayla fileləri döyəcləyib bir qaba qoyun. Üzərinə qatıq və ədviyyat əlavə edib 2-3 saatlıq soyuducuya yerləşdirin.

Ləvəngini hazırlamaq üçün soğanı ət maşınından keçirib tənzif arasında sıxın. Daha sonra soğanı az duru yağda 3-4 dəqiqə yüngül qovurun. Bir qabda xırda doğranmış qoz, yüngül qovrulmuş soğan, turşu, duz və istiot əlavə edib qarışdırın. Daha sonra marinə olunmuş sinə ətinin birini götürüb içlikdən qoyub rulet kimi bükün. Bu qaydayla qalan ətləri də büküb yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 200-220 dərəcə qızdırılmış sobada bişirin. Bişdikdən sonra iti bir bıçaqla dilimləyərək süfrəyə verə bilərsiniz.

Əlavə qeyd:

  • Ətin yumşaq olması üçün qatıq və ya süd ilə basdırma edə bilərsiniz.
  • Toyuq filesi ləvəngisini süfrəyə plovla verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir