Vegetarian Kotleti – Falafel

Yields: 1 Serving

Bir çox supermarketlərdə hazır və dondurulmuş şəkildə ala biləcəyiniz falafeli ev şəraitində hazırlaya bilərsiniz. Falafel ətdən deyil, noxud əzməsindən hazırlanan küftəyə oxşar kürəciklərdir. Şərq ölkələrində ayaqüstə yeyildiyi üçün küçələrdə satılır. Tərkibində ət olmadığı üçün vegetarian və veganlar tərəfindən asanlıqla istifadə edilir. Evdar.az falafel reseptini təqdim edir.

Vegetarian Kotleti – Falafelin tərkibi:

  • 2 stəkan bişmiş noxud
  • 1 ədəd soğan
  • 2-3 diş sarımsaq
  • 0,5 dəstə cəfəri
  • 1 çay qaşığı duz
  • 0,5 çay qaşığı paprika və ya qara istiot
  • 2 xörək qaşığı un
  • 1 xörək qaşığı küncüt
  • 1 çay qaşığı qabartma tozu

Vegetarian Kotleti – Falafelin hazırlanma qaydası:

İlk öncə noxudu suda isladıb bişirin. Noxudu bir gecə islatmadan da tez bişirməyin qaydasını buradan oxuya bilərsiniz. Soğanın qabığını soyub iki hissəyə ayırın. Sarımsağı da təmizləyin. Blenderin qabına bişmiş noxud, sarımsaq, soğan, cəfəri, duz, istiot və un töküb qarışdırın. Bir qaba töküb üzərinə küncüt və qabartma tozunu töküb əllə yaxşıca qarışdırın.

Kənarda 10-15 dəqiqə gözlədin. Daha sonra kiçik kürəciklər və ya kotlet forması verib bol yağda hərtərəfli qızardın. Qızaran falafelləri kağız salfetin üzərinə yığın ki, artıq yağı çəksin. İstədiyiniz sousla süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir