
Brokoli mükəmməl bir C vitamininin mənbəyidir, lakin bildiyiniz kimi, C vitamini istilik, temperatur və uzun bişirmə prosesləri ilə asanlıqla məhv olur. Xüsusilə uzun müddət bişirildikdə, demək olar ki, 40% vitamin və mineral itkisi olur. Vitamin, mineral və liflə zəngin brokolidən çiy halda salat hazırlayaraq sağlamğınıza əhəmiyyətli dərəcədə töhfə verə bilərsiniz. Evdar.az çiy brokoli salatının reseptini təqdim edir.
Çiy Brokoli salatının tərkibi:
- 1 ədəd brokoli çiçəyi
- 1 ədəd kapya bibəri
- 1 ədəd yerkökü
- 1 stəkan konservləşdirilmiş qarğıdalı dənəsi
- 3 xörək qaşığı zeytun yağı
- 1 çay qaşığı duz
- 2 xörək qaşığı nar sousu
Çiy Brokoli salatının hazırlanma qaydası:
İlk öncə brokoliləri kiçik çiçəklərə ayırın. Sirkəli su hazırlayın və brokoliləri bu suda gözlədin. Yerkökünü təmizləyib sürtgəcdən keçirin. Kapya bibərini kiçik doğrayın. Sirkəli suda saxladığınız brokoliləri yaxşıca yuyub süzün. Salatı hazırlayacağınız qaba brokoli çiçəklərini, rəndələnmiş yerkökünü, doğranmış kapya bibərini və konservləşdirilmiş qarğıdalı dənəsini əlavə edib qarışdırın. Başqa bir qabda zeytun yağı və nar sousunu qarışdırıb salatın üzərinə gəzdirin.Hazır salatı süfrəyə verə bilərsiniz.
Nuş Olsun!