Yeni İl Süfrəsi Üçün Ləziz Qəlyanaltı

Yields: 1 Serving Difficulty: Easy
Tərkibi:
  • 500 qr qat-qat xəmir
  • 14-18 ədəd südlü sosiska
  • 1 xörək qaşığı günəbaxan yağı
  • 1 ədəd yumurta

Hazırlanma qaydası:

İlk öncə dəzgahın üzərində qat-qat xəmiri yayın. Xəmirdən 10-12 sm enində zolaqlar kəsin.
Hər kolbasanı 3 və ya 4 hissəyə kəsin. Kolbasanın bir hissəsini xəmirə sarın. Kəsdiyiniz bütün xəmirləri sosiskalara sarıyıb yağlanmış ulduz formalı qəlibə yerləşdirin.
Ulduz formalı qəlibiniz yoxdursa 6 ədəd romb şəkilli folqa kağızını qəlibə yerləşdirib ulduz forması edə bilərsiniz. 1 ədəd çırpılmış yumurtanı qəlibə düzülmüş sosiskalı xəmirlərin üzərinə yaxın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bişirdiyiniz “ulduz” formalı qəlyanaltını süfrəyə pomidor sousuyla verə bilərsiniz. 
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.