Ziyafət Süfrələrinizə Çox Yaraşacaq Düyü Salatı

Yields: 1 Serving

Düyü salatları bir çox ölkədə populyar bir qəlyanaltıdır. Bu dadlı salat ziyafət süfrəsi üçün də uyğundur. Düyü salatı ikinci yeməyi tamamilə əvəz edə biləcək bir yemək növüdür. Evdar.az dadlı və doyurucu düyü salatının reseptini təqdim edir.

Tərkibi:

  • 300 qr toyuq filesi
  • 4 ədəd yumurta
  • 300 qr konservləşdirilmiş qarğıdalı dənələri
  • 2 ədəd təzə xiyar
  • yarım stəkan uzun düyü
  • yarım dəstə şüyüd
  • 3 xörək qaşığı mayonez
  • 2 xörək qaşığı xama
  • duz, istiot

Hazırlanma qaydası:

Toyuq filesini suda bişirib soyudun. Yumurtaları da suda bişirib qabığını soyun.  Düyünü duz əlavə olunmuş suda qaynadıb süzün və  soyuması üçün kənara qoyun. Fileni didin, xiyarları kub formasında doğrayın. Şüyüdü də xırda doğrayın. Bütün ərzaqları bir qabda qarışdırın. Üzərinə mayonez, xama, duz və istiot əlavə edib yaxşıca qarışdırın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.