Faydalı Faydalı Məsləhətlər

Soyuducuda Qoxunu 12 Saata Süngər Kimi Çəkən Ən Sadə Üsul

Hər bir evdar xanım soyuducuda xoşagəlməz qoxu kimi bir problemlə qarşılaşır. Bir çox xanımlar bu “qoxu” ilə soyuducunu buzdan təmizləyərək və bütün bölmələri yaxşıca yuyaraq mübarizə aparır. Ancaq bu proses çox vaxt və enerji tələb edir. Evdar.az evdar xanımlar üçün soyuducuda 12 saata qoxunu süngər kimi çəkən sadə və qeyri-adi üsulu təqdim edir.

İlk öncə hər hansı bir qəzet kağızı götürün (yəni vərəq deyil, qəzet). Bir nəlbəki və ya bir qabın üzərinə qoyun. Su ilə bolluca isladın. Bunun üçün şuşə təmizləyən spreydən istifadə edə bilərsiniz. Şuşə təmizləyən spreyi suyla doldurun və qəzetə püskürdün. Daha sonra islatdığınız qəzeti bükün və bir günlük soyuducuya yerləşdirin.

Təxminən 12-14 saatdan sonra qoxunun kəskinliyi əhəmiyyətli dərəcədə azalmağa başlayacaq. Nəticədə, 24-26 saatdan sonra qoxu səviyyəsi minimuma enəcək.

Onu da qeyd edək ki, isladılmış qəzeti boşqaba və ya kəsmə taxtasına qoyun, çünki kənarları səthə yapışır və şüşədə su izləri qalır. Soyuducu bölməniz böyükdürsə, birdən çox qəzet kağızı qoyun.

Bu hiylə və ya üsulla, bəlkə də tövsiyə sayəsində soyuducunuzda xoşagəlməz qoxu qalmayacaq. Və bu üsula pul xərcləmək məcburiyyətində qalmayacaqsınız.

Bu Qidaları Qətiyyən Soyuducuya Qoymayın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.