Faydalı Maraqlı Xəbərlər

Suda Çiçək Açan Sehrli Terapiya Çayı

“Blooming” (çiçəklənən) çayı digər bir adıyla “Terapiya çayı” suda çiçək açan olduqca maraqlı tumurcuqlu çay növüdür. Bir çox aromaya sahib olan bu çay, xoş dadıyla yanaşı çay həvəskarlarına əyani bir ziyafət təqdim edir. Evdar.az sehirli çay haqqında məlumatı təqdim edir.

Suda çiçək açan çay gündəlik həyatımızda istifadə etdiyimiz çaylardan bir az fərqlidir. Həm görünüşü, həm dadı bu çayı xüsusi edən ən əhəmiyyətli xüsusiyyətlərindəndir. Əlbəttə ki, yalnız möhtəşəm görünüşü və dadı olduğu üçün deyil faydalarından yararlanmaq üçün də istifadə edilən bir çay növüdür.

Şimal Çində olduqca çox istifadə edilən bu çayın ən əhəmiyyətli xüsusiyyəti təbii ki “əl istehsalı” olmasıdır. Bitkinin ancaq üst yarpaqları və tumurcuqları istifadə edilərək əl əməyi ilə bir-birinə tikilməsi ilə hazırlanır.

Bu çayı “Terapiya Çayı”, “Blooming tea”, “Hua Cha”, “Blossom Tea”, “Çiçək Çayı”, “Çiçək Açan Çay”, “Sehrli Çay” və bizim belə tapa bilmədiyimiz fərqli adlarla görə bilərsiniz. Çünki çiçək əsas Çindən gəlir. Orijinal adı ölkə və bölgələrə görə dəyişir. Bəzi bölgələrdə “Yasəmən çayı” kimi tanınır, amma əslində bu yasəmən çayı deyil. İnsanların bu adı verməsinin səbəbi hazırlanmasında yasəmən çiçəyi ləçəklərindən istifadə olunması və çayın dadının yasəmən çayına bənzəməsidir.

Çay həvəskarları üçün çayın dəmlənməsini gözləmək səbirsizlikdir. Terapiya çayı dəmləmə prosesini həm əyləncəli, həm də mükəmməl bir görünüşə çevirir.

Terapiya Çayının Faydaları

  • Adından göründüyü kimi, sakitləşdirici və sakit bir “Terapiya” effekti yaradır.
  • Maddələr mübadiləsini tarazlaşdırır.
  • Toxluq hissi verir. Beləcə çəki atmağınıza köməkçi olur.
  • Baş ağrılarınızın yüngülləşməsinə köməkçi olur.
  • Yorğunluq hissi, yuxu problemi kimi bədən müqaviməti ilə əlaqədar problemləri aradan qaldırır.
  • Enerji verir və dinclik duyğusu yaradır.
  • İmmunitet sistemini gücləndirir, zərərli toksinlərdən bədəni təmizləyir.
  • Təzyiqi tarazlayır.
  • Qocalmağa gecikdirici təsir yaradır.
  • Həzm sistemini nizamlayır.
  • Mədə xəstəliklərində təsirlidir.

Terapiya Çayının Əks Təsirləri

Terapiya çayının heç bir əks təsiri yoxudr. Lakin,

  • bu çayın istehsalında istifadə edilən bitkilərdən hər hansı birinə allergiyanız varsa əsla istifadə etməyin.
  • Xroniki bir narahatlığınız varsa və hamiləsinizsə həkiminizlə məsləhətləşmədən əsla istifadə etməyin!
  • Tövsiyə olunan istifadə miqdarını aşmayın.

Terapiya Çayının Hazırlanma və İstifadə Qaydası

Bu çayın hazırlanması olduqca asandır. İlk olaraq təxminən 85 dərəcə istilikdə su hazırlayın. Daha sonra təxminən 600 ml suya 1 ədəd terapiya çayı toxumu atın. Təxminən 2 dəqiqə ərzində suya atdığınız toxumun çiçək açdığını görəcəksiniz. Daha sonra təxminən 5 dəqiqə qədər dəmlənməlidir və beləcə möhtəşəm müalicəvi çayınız içilməyə hazır olacaq. Ən doğru zamanı tutmaq üçün yarpaqlarının tamamilə açdığı zamanı əsas götürə bilərsiniz. Bütün yarpaqları açıldıqdan sonra nuşla içməyə başlaya bilərsiniz. Bir toxumu 2 dəfə dəmləyə bilərsiniz. İstehlak üçün 2 fincandan çox tövsiyyə olunmur.

Aranızda çiçək açan çay içənlər varsa, fikirlərinizi bizimlə bölüşə bilərsiniz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.