Faydalı Faydalı Məsləhətlər

Toyuğu İsraf Etmədən Doğramağın Qaydası

Mətbəx bazarlığı etdikdə sümükləri və dərisi ayrılmış, hazır toyuq parçaları işi çox asanlaşdırır. Ancaq bütöv bir toyuq, sümüksüz, dərisiz, parça toyuqlardan təxminən 50 faiz ucuz başa gəlir. Hər vaxt etdiyinizin əksinə bu dəfə bir bütöv toyuq alıb, Evdar.az-ı izləyərək toyuğu israf etmədən doğramağın qaydasını öyrənə bilərsiniz.

Doğrama Prosesinə Başlayırıq

İlk öncə toyuğu təmiz bir dəzgahın üzərinə sinəsi üstdə qalacaq şəkildə yerləşdirin. Budun birini sinədən ayırıb oynaq yerini tapın. İti bir bıçaqla oynaq yerinə bir kəsik atın.

Budları Ayıraraq Davam Edin.

Bageti (bud dibi) budun bədənə əlavə olunduğu hissəyə qədər açın. Oynaqdan kəsərək budu bədəndən ayırın. Digər budu da eyni şəkildə kəsin.

Bageti Bədəndən Ayırırıq

Bageti (bud dibi) əyərək buddan ayrıldığı oynağı tapın. Oynaqdan kəsib bütöv budu iki parçaya ayırın.

Sinə Ətini Bölürük

Toyuq sinəsini dərisi altda qalacaq şəkildə yatırdın. İti bir bıçaq ya da mətbəx qayçısıyla sinə sümüyü və qığırdaq boyunca kəsib ikiyə bölün.

Kürək və Döş Əti Mətbəx Qayçısıyla Kəsilir

Toyuğun gövdəsini yan tərəfə uzadıb mətbəx qayçısıyla ilə kürək sümüyünün iki yanından kəsərək sümüyü sinə ətindən ayırın. Sümüyü toyuq suyu hazırlamaq üçün istifadə edə bilərsiniz.

Sıra Gəldi Qanadları Ayırmağa..

Son olaraq bagetlərin dərisini sümüyə doğru sıyırın. Əllə ayrılmayan bölgələrdə bıçaq istifadə edə bilərsiniz.

Demək olar ki, bütün dərisiz toyuq əti zülaldır. Təxminən 30 qr sinə ətində 9 qr zülal, 1 qr yağ və 0 qr karbohidrat var.

Toyuqdan hazırlanan ən dadlı yeməklərin reseptləriylə buradan tanış ola bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.